Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

BDU 5 ulduza layiq görülüb

BDU 5 ulduza layiq görülüb

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Bakı Dövlət Universiteti (BDU) daha bir beynəlxalq uğura imza ataraq “QS Quacquarelli Symonds” agentliyi tərəfindən aparılan “QS Stars” auditində 5 ulduz (“excellent” - “mükəmməl”) ilə qiymətləndirilib. Bu barədə SİA-ya BDU-dan məlumat verilib. Bu nəticə BDU-nun təhsil, elmi-tədqiqatlar, akademik inkişaf, məzunların məşğulluq imkanları, infrastruktur və idarəetmə sahələrində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir. BDU-nun əldə etdiyi yüksək göstərici strateji inkişaf planının uğurla həyata keçirildiyini və müasir ali təhsil tələblərinə uyğun keyfiyyətli tədris mühitinin yaradıldığını sübut edir.

BDU “QS Stars” auditində 9 fərqli kateqoriya üzrə qiymətləndirilib və onlardan 7 kateqoriya üzrə maksimal 5 ulduz (“mükəmməl”) əldə edib.

Kateqoriyalar üzrə nəticələr aşağıdakı kimidir:

- Tədris (“Teaching”) – 5 ulduz (“mükəmməl”)

BDU tələbələrə yüksəkkeyfiyyətli tədris mühiti təqdim etdiyi və müasir pedaqoji metodlardan istifadə etdiyi üçün tədris kateqoriyasında ən yüksək qiymətləndirməni alıb. Universitetin peşəkar professor-müəllim heyəti, interaktiv tədris metodları və innovativ yanaşmaları bu uğurun əsas səbəblərindəndir.

- Akademik inkişaf (“Academic Development”) – 5 ulduz (“mükəmməl”)

BDU-da tələbələrin akademik inkişafına xüsusi diqqət yetirilir. Universitet daim təhsil proqramlarını yeniləyir, müəllimlərin və tələbələrin elmi fəaliyyətini dəstəkləyir və onların beynəlxalq akademik mühitə inteqrasiyasına şərait yaradır.

- İnfrastruktur (“Facilities”) – 5 ulduz (“mükəmməl”)

BDU müasir laboratoriyalar, yüksəksəviyyəli elmi-tədqiqat mərkəzləri, tələbələr üçün rahat kitabxana və yataqxana şəraiti ilə seçilir. Universitetin infrastrukturu müasir texnologiyalar və innovativ yanaşmalar əsasında təkmilləşdirilir.

- Məşğulluq (“Employability”) – 5 ulduz (“mükəmməl”)

Məzunlarının uğurlu karyera qurmasına dəstək olan BDU əmək bazarının tələblərinə uyğun kadr hazırlığı aparır. BDU məzunlarının dünya miqyasında məşğulluq səviyyəsinin yüksək olması, iş dünyası ilə sıx əməkdaşlıq və peşə yönümlü təcrübə proqramları bu kateqoriyada 5 ulduz qazanmağa imkan yaradıb.

- Ətraf mühitə təsir (“Environmental Impact”) – 5 ulduz (“mükəmməl”)

BDU dayanıqlı inkişaf prinsiplərini və ekoloji təşəbbüsləri aktiv şəkildə həyata keçirir. Universitet yaşıl kampus təşəbbüsləri, enerji effektivliyi və ekoloji maarifləndirmə sahəsindəki layihələri ilə yüksək qiymətləndirilib.

- Müxtəliflik, bərabərlik və inklüzivlik (“Diversity, Equity & Inclusion”) – 5 ulduz (“mükəmməl”)

BDU multikultural və inklüziv mühitin təmin olunması, beynəlxalq tələbələr üçün geniş imkanlar yaradılması və gender bərabərliyinin təşviqi sahəsində nümunəvi fəaliyyət göstərir. Universitetdə müxtəlif sosial təbəqələrdən olan tələbələr üçün bərabər imkanlar yaradılması da bu uğura töhfə verib.

- Yaxşı idarəçilik (“Good Governance”) – 5 ulduz (“mükəmməl”)

BDU səmərəli idarəetmə strategiyaları, şəffaf qərar qəbuletmə prosesi və innovativ universitet rəhbərliyi sayəsində “yaxşı idarəçilik” kateqoriyasında da ən yüksək nəticəni əldə edib.

Qlobal iştirak (“Global Engagement”) – 4 ulduz (“çox yaxşı”)

BDU beynəlxalq əlaqələrini daim genişləndirir, dünya universitetləri ilə əməkdaşlıq edir və beynəlxalq akademik mühitdə fəal iştirak edir. Bu istiqamətdə görülən işlərin intensivləşdirilməsi universitetin gələcək reytinq göstəricilərinə müsbət təsir edəcək.

- Proqramın üstünlükləri: Kimya (“Program Strength: Chemistry”) – 4 ulduz (“çox yaxşı”)

BDU-nun kimya sahəsində əldə etdiyi nəticələr yüksək səviyyədə qiymətləndirilib. BDU bu sahədə tədqiqatların daha da genişləndirilməsi və yeni elmi nailiyyətlərin qazanılması istiqamətində fəaliyyətini davam etdirir.

“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif fəaliyyət sahələrini dəyərləndirən beynəlxalq reytinq sistemidir. Bu sistem universitetlərin güclü tərəflərini və inkişaf etdirilməli sahələrini müəyyən etməyə, eləcə də onların qlobal səviyyədə tanınmasına kömək etməyə yönəlib. “QS Stars” auditində 5 ulduz almaq universitetin yüksək akademik və idarəetmə keyfiyyətinə malik olduğunu sübut edir.

Bu nailiyyət BDU-nun dünya miqyasında nüfuzunun artmasına və beynəlxalq ali təhsil məkanında tanınmasına mühüm töhfə verəcək.

Bu möhtəşəm nəticə BDU kollektivinin fədakar əməyi, müasir ali təhsil tələblərinə uyğun inkişaf strategiyası və keyfiyyətli tədris mühiti yaradılması istiqamətində atılan addımlar sayəsində əldə edilib.

Universitet gələcəkdə də:

- Beynəlxalq reytinqlərdə mövqeyini daha da gücləndirmək;

- Elmi tədqiqatları inkişaf etdirmək və dünya elminə töhfə vermək;

- İnnovativ tədris və idarəetmə metodlarını tətbiq etmək;

- Qlobal akademik əməkdaşlıqları genişləndirmək və tələbələrə yüksək keyfiyyətli təhsil mühiti təqdim etmək istiqamətində fəaliyyətini davam etdirəcək.

BDU rəhbərliyi bu uğurun qazanılmasında əməyi olan bütün akademik və inzibati heyətə, tələbələrə və tərəfdaş qurumlara dərin minnətdarlığını bildirir. BDU bu uğurla kifayətlənməyərək, beynəlxalq akademik arenada daha böyük nailiyyətlərə imza atmaq əzmindədir.

BDU ölkədə “QS Stars” auditindən keçən digər ali təhsil müəssisələrinə də uğurlar arzulayır və onların da qlobal akademik mühitdə layiqli mövqeyə sahib olmalarını dəstəkləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri