UNEC də Akademik inkişaf və innovativ tədris proqramının tətbiqinə start verilib FOTOLAR
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UNEC-də müəllimlərin peşəkar inkişafını dəstəkləmək və müasir təhsil yanaşmalarının tətbiqini genişləndirmək məqsədilə Akademik İnkişaf və İnnovativ Tədris Proqramına start verilib.
Proqram universitetdə tədris prosesinə innovativ metodların sürətli inteqrasiyasını təmin etməyi və müəllimlərin müasir pedaqoji kompetensiyalarını artırmağı hədəfləyir. Bu çərçivədə UNEC-in 100 müəlliminə müxtəlif mövzularda təlimlər keçirilir. Təlimlər “Tədrisin əsas prinsipləri və pedaqoji dəyərlər”, “Sillabus tərtibatı və fənn dizaynı”, “Qiymətləndirmə və rubriklər”, “Rəqəmsal savadlılıq və Süni İntellekt ilə tədris materiallarının hazırlanması”, “Tələbə mərkəzli tədris metodları” və digər mövzuları əhatə edir.
Müəllimlərin Süni İntellekt alətlərindən istifadə etməklə tədris materiallarını hazırlaması onlara vaxta qənaət etmək imkanı yaratmaqla yanaşı, dərsləri daha interaktiv və tələbə yönümlü edir. Bu isə UNEC-in tədrisdə rəqəmsallaşma və innovasiya yanaşmasını daha da gücləndirir.
Təlimlər UNEC-in xaricdə müvafiq sahələr üzrə ixtisaslaşmış müəllimləri tərəfindən aparılır. Proqramın sonunda müəllimlərin dərs planlaşdırması, qiymətləndirmə, müasir tədris strategiyaları və rəqəmsal alətlər üzrə kompetensiyalarının artırılması nəticəsində tələbələr üçün daha səmərəli və keyfiyyətli tədris mühiti formalaşdırılacaq.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















