Icma.az
close
up
RU
UNEC də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub

UNEC də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi qeyd olunub.

Universitetdən XQ-yə verilən məlumata görə, tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər, sonra AMEA-nın 80 illik yubileyi münasibətilə təşkil olunan kitab sərgisi ilə tanış olublar. Rəsmi açılışda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov tədbirin açılışında çıxış edərək, AMEA-nın kollektivini və bütün elmi ictimaiyyəti yubiley münasibətilə təbrik edib. Rektor bildirib ki, Akademiyanın 80 illiyi təkcə bir yubiley deyil, Vətənə elmlə xidmətin 80 ili deməkdir, eləcə də milli düşüncənin, elmi ənənənin və intellektual gücün təntənəsidir: “Azərbaycan Milli Elmlər Akademiyası elmin milli məbədidir. Bu məbəd yalnız tədqiqatların aparıldığı yer deyil, həm də elmə inamın, düşüncəyə hörmətin rəmzidir”.

Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində AMEA Azərbaycanın intellektual dayağı və beyin mərkəzi kimi formalaşıb və bu uğurlu siyasət sayəsində Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə elmin inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Elmi tədqiqatların rəqəmsallaşdırılması, innovasiyaların dəstəklənməsi, gənc alimlərin inkişaf proqramları elmin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir,” – deyə prof.Ədalət Muradov bildirib. Rektor çıxışında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkə elminin inkişafındakı müstəsna xidmətlərini də xüsusi vurğulayıb.

Rektor AMEA və UNEC arasındakı elmi əməkdaşlığın uğurlu nəticələrindən də danışıb: “Son beş ildə Scopus və Web of Science-də UNEC və AMEA alimlərinin birgə müəllifliyi ilə 333 elmi əsər dərc edilib və həmin əsərlərə ümumilikdə 2050 istinad olub”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə AMEA-nın 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini ölkə başçısının elmə verdiyi yüksək dəyər adlandırıb: “Bu sərəncam Azərbaycan elminə, alimlərinə, ziyalılarına verilən böyük dəyərin, dövlətimizin intellektual qüvvələrə olan hörmət və etimadının təzahürüdür”- deyə akademik bildirib. İsa Həbibəyli akademiyanın zəngin tarixindən söz açaraq bu elm məbədinin yarandığı gündən respublikanın elmi-intellektual potensialının formalaşdırılmasında, elmi düşüncənin inkişafı istiqamətində müstəsna xidmətlər göstərdiyini bildirib. AMEA rəhbəri vurğulayıb ki, elmi və intellektual dəyərlər cəmiyyətin dayanıqlı inkişafının təməlidir: “Əgər elm və bilik cəmiyyətin inkişafına xidmət etməzsə, bu, yeni nəsillərin potensialının itirilməsi deməkdir. Elmi sahələr sınaqdan, araşdırmalardan, riyazi və məntiqi sübutlardan keçməzsə, əldə edilən nəticələr etibarlı ola bilməz”.

Tədbirdə həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək Akademiyanın ölkə elminin inkişafına verdiyi mühüm töhfələrdən danışıblar. Alimlər çıxışlarında AMEA-nın Azərbaycanın elmi düşüncə tarixində silinməz izlər qoyduğunu və bu gün də elmin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri