Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə Milli Kitabxanada kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı sərgidə akademiyanın yaranması, tarixi, elmin inkişaf mərhələləri və əldə olunmuş nailiyyətlərdən bəhs edən kitablar, həyatını və ömrünü elmi yaradıcılığa sərf etmiş, AMEA-nın yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olmuş alimlərin həyat və fəaliyyətləri haqqında ədəbiyyatlar, əməkdaşların elmi tədqiqatları, ayrı-ayrı institutlarının nəşrləri, elmi əsərlər, elmi jurnalları, Milli Kitabxananın görkəmli elm xadimləri haqqında nəşr etdiyi biblioqrafiyalar və s. Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















