Icma.az
close
up
RU
UNEC də Karyera Planlaması adlı ilk dərslik nəşr olunub

UNEC də Karyera Planlaması adlı ilk dərslik nəşr olunub

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkədə ilk interaktiv dərslik olan “Karyera Planlaması” dərsliyinin təqdimatı olub.

UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimlərinin müəllifliyi ilə işıq üzü görən kitabın təqdimatında universitetin akademik heyəti ilə yanaşı, digər ali təhsil müəssisələrinin, eləcə də dövlət qurumlarının karyera üzrə mütəxəssisləri də iştirak ediblər.

Rektor professor Ədalət Muradov “Karyera Planlaması” dərsliyinin ərsəyə gəlməsində əməyi olan UNEC müəllimlərinə təşəkkürünü bildirərək, kafedranın böyük uğura imza atdığını deyib. Dərsliyin tələbələrin karyera bacarıqlarının formalaşdırılmasında önəmli rol oynayacağından əminliyini ifadə edən rektor, kitabın rəqəmsallaşdırılmasının faydalı olacağını qeyd edib.

Prof. Ədalət Muradov karyera planlamasının UNEC-də prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə görülmüş işlərdən də söz açıb: “UNEC-də “Karyera planlaşdırılması və inkişafı” kafedrasını yaratdıq və ölkədə ilk dəfə olaraq, “Yumşaq bacarıqlar”, “Sərt bacarıqlar” və “Karyera planlaması” fənlərini tədris planlarına daxil etdik. Bu ildən isə məzunlarımıza ilk dəfə olaraq, onların yumşaq bacarıqlarını qiymətləndirən qeyri-akademik transkript veriləcək”.  

Tədbirdə UNEC-in Rəqəmsallaşma üzrə prorektoru, dərsliyin rəyçisi dosent Raqif Qasımov, Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Əli Qurbanlı, dərsliyin müəllifləri olan “Karyera Planlaşdırılması və inkişafı” kafedrasının direktoru Rəşad Məhərrəmov, kafedranın dosenti Afaq Hüseyn və Nərgiz Seyidzadə dərsliyin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Çıxış edənlər “Karyera planlaması” kitabının ölkədə bu sahədə nəşr olunan ilk dərslik olduğunu diqqətə çatdırıblar. Dərslikdə tələbələrə uğurlu karyera yolu ilə yanaşı, həm də məqsədyönlü inkişaf üçün lazımi nəzəri biliklərin, praktiki vasitələrin və real təcrübələrin təqdim olunduğunu qeyd ediblər. Kitabın karyeraya gedən yolda uğur qazanmaq istəyən hər kəs üçün dəyərli bir bələdçi olduğunu vurğulayıblar.

Təqdimat zamanı çıxış edənlər müəllifləri təbrik edərək, dərslikdən digər ali təhsil müəssisələrinin də istifadə etməsinin gənclərin peşəkar inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri