Icma.az
close
up
RU
UNEC də XVI Karyera Yarmarkası keçirilib FOTOLAR

UNEC də XVI Karyera Yarmarkası keçirilib FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

UNEC-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində UNEC-in 95 illik yubileyinə həsr olunan XVI Karyera Yarmarkası keçirilib.

"Unikal" xəbər verir ki, tələbə və məzunlar üçün təşkil edilən Karyera Yarmarkasının açılışında UNEC-in rektoru professor Ədalət Muradov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev, işəgötürənlər və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov Karyera yarmarkasında 105 şirkət tərəfindən 1050-dən çox vakansiyanın təqdim edildiyini bildirib. O, tələbə və məzunların məşğulluq göstəricisinin vacibliyinə diqqət çəkərək, onların layiqli iş tapmasının universitet qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib: “Formalaşdırdığımız insan kapitalına əmək bazarı tərəfindən verilən dəyərin göstəricisi kimi məzunlarımıza təklif olunan əməkhaqqının məbləği fikrimizcə, daha önəmlidir" deyə, rektor bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev çıxışlarında gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən və əmək bazarına uyğun bilik və bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıblar. Bu cür tədbirlərin tələbə və məzunların əmək bazarına çıxışını dəstəkləmək, onların ixtisas və maraqlarına uyğun iş yerlərinə dair məlumatlandırılması və işəgötürənlərlə ilkin əlaqələr qurmaq baxımından önəmli rol oynadığını bildiriblər.

Sonra rəsmi qonaqlar təqdim edilən vakansiyalar və onların tələbləri ilə yaxından tanış olublar. İşəgötürənlər təmsil etdikləri müəssisələrin fəaliyyət sahələri, vakansiyalar üçün müəyyənləşdirilən tələblər və işə qəbul prosesi barədə ətraflı məlumat veriblər.

Karyera yarmarkasında iştirak edən 2 minə yaxın tələbə və məzun vakansiyalar barədə ətraflı məlumat alaraq, uyğun vakansiyalara CV-lərini təqdim ediblər, işəgötürənlər tərəfindən isə namizədlərin qeydiyyatı həyata keçirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri