Icma.az
close
up
RU
Karyera planlaması: istək, yoxsa imkan? MÜNASİBƏT BİLDİRİLDİ

Karyera planlaması: istək, yoxsa imkan? MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Klassik kariyera planlaşdırılılması bu və digər dərəcədə bünövrə tələb edir. Birincisi, siz zamanınızı, həyatınızı planlaşdırmalısınız. İkincisi, böyük bir istək olmalıdır. Üçüncüsü isə təhsil almalısınız. Bu, ibtidai təhsildən tutmuş, ali məktəb təhsilinə qədər və növbəti isə sizin peşəkar bilgiləriniz, maraqlarınız mütləq nəzərə alınmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının rəhbəri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, kariyera müxtəlif sahələrdə mümkündür: "Təssüflər olsun ki, Azərbaycanda kariyera deyəndə ancaq dövlət qurumlarında vəzifəyə keçmək və yaxud hüquq mühafizə orqanlarında, prokraturada, məhkəmədə vəzifəyə keçmək nəzərdə tutulur. Amma son vaxtlar həm cəmiyyətdə fikir dəyişikliyi baş verdi, həm də dünyaya açılışından sonra gördük ki, kariyera üçün çoxlu sayda imkanlar var. Hələ də bizdə valideynlər köhnə Sovet təfəkkürü ilə yaşayırlar və öz uşaqlarına diplom verməklə işi bitmiş hesab edirlər. Uşaqlar tələbə olandan sonra birinci kursdan başlayaraq axrıncı kursa qədər kifayət qədər oxuyurlarmı, təqdiqat aparırlarmı, öz üzərlərində işləyirlərmi, peşəkarlaşırlarmı, gələcək karyeranın bünövrəsini qoya bilirlərmi?

İstək həmişə ola bilər, amma imkan hər zaman olmaya bilər. Çünki Azərbaycanda daha çox hansı regiondansan, hansısa vəzifədə olan adamın varsa və s. bu imkanlar nəzərdə tutulur. Amma imkanın özünün fəlsəfəsinə baxanda həddindən artıq geniş bir sahələri əhatə edən bir anlayışdır. Məsələn, siz yaxşı peşəkar proqramistsiniz, yeni proqram yazıb, yeni tətbiq kəşf edib bununla özünüzə kariyera yara bilərsiniz və bu kariyera sizi böyük pullar qazandırar, daha sonra imkanın genişliyindən istifadə edib digər sahələrə qoya bilərsiniz. Ali məktəbi oxumadan belə hər hansı bir sahəni öyrənib o üzrə işləyə bilərsiniz.

Azərbaycanda indi elektromobillər, elektoromühərrikli avtomobillər və müxtəlif hibrid maşınları dəbdədir. Bir sənət sahibi olan usta öz bacarığını, öz peşə vərdişlərini genişləndirib, elektromühərriklərlə bağlı yeni bir sahədə kariyera yarada bilər.

Bəzən qadınları erkən nikaha məcbur edirlər. Onlar internetin imkanlarından istifadə edərək virtual ticarətlə məşğul ola bilərlər, yaxud evdə müxtəlif şirniyyatlar bişirib onu sosial şəbəkələrdə paylaşıb satışına nail ola bilərlər.

Ümumiyyətlə, kariyera dedikdə dünyanın bir çox yerlərində daha çox öz şəxsi biznesini inkişaf etdirən insanlar nəzərdə tutulur. Əlbəttə siyasi kariyer, ictimai sahədə də kariyera qura bilərsiniz. Bütün bunları nəzərə alıb kariyerada istəklə yanaşı, həm də uzunmüddətli və qısamüddətli planlaşdırma, zamanın idarə edilməsi, biznesini və yaxud hər hansı kariyera yolunu qurmaq, planlaşdırmaq eyni zamanda onu genişləndirmək üçün zəhmətsevərlik çox önəmlidir".

"Bəzən gənclər hər şeyə eyni zamanda sahib olmaq istəyirlər. Onlar az işləyib daha çox qazanmaq istəyirlər. Bununla da, əlbəttə ki, kariyeranı qurmaq olmaz. Kariyera ciddi zəhmət, intellektual səviyyə və planlaşdırma, analitik təfəkkür, yeniliklərə açıqlıq, innovasiyaları sevir. Siz əgər bütün bunları bir yerə cəmləyib öz işinizdə uğur qazana bilərsiniz.

Məşhur bir kəlam var: "əsgər əgər general olmaq istəmirsə, yaxşı əsgər deyil". Bu baxımdan götürsək, doğurdan da, hər hansı bir işdə çalışan insan yuxarı vəzifəyə qalxmaq üçün çalışmırsa, öz imkanlarını səfərbər edib istəyini gerçəkləşdirmirsə, səhvi özündə axtarmalıdır. Bizdə isə hansısa sahədə uğur qazana bilinmirsə, valideynləri günahkar sayırlar, amma özlərində günah axtarmırlar.

Kariyera şəxsin özündən aslıdır. Vaxtilə təhsilə verilən önəm, peşəkar bilgilərin, intellektuallığın, innovasiyaya açıq olmağını tələb edir. Kimin əlində bu imkanlar varsa, demək o qalib gəlmiş olur" - deyə o, əlavə edib.

Müəllif: Nuray Paşşanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri