Icma.az
close
up
RU
UNEC də kök salan şəhidlər: Onların xatirəsi Xan çinarla əbədiləşdirildi

UNEC də kök salan şəhidlər: Onların xatirəsi Xan çinarla əbədiləşdirildi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UNEC hər zaman vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir.

Bu ənənə çərçivəsində 27 Sentyabr - Anım Günü münasibətilə UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində xüsusi tədbir keçirilib.

Tədbirdə UNEC-in müəllim-tələbə heyəti ilə yanaşı, universitetin Vətən müharibəsində şəhid olmuş məzunları - Məzdək Eyvazlı və Əbil Cəbizadənin valideynləri də iştirak ediblər. Tədbirin açılışında Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və onların həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov çıxış edərək UNEC kollektivinin şəhidlərimizin xatirəsini hər zaman yüksək tutduğunu, onların valideynlərinin isə UNEC ailəsinin  ən əziz və dəyərli üzvləri olduqlarını diqqətə çatdırıb. O, şəhidlərin qısa və mənalı həyat yolunun gənclər üçün əsl vətənpərvərlik məktəbi, qəhrəmanlıq nümunəsi olduğunu deyib.

Tədbirdə şəhidlərin vətənpərvərliyindən, vətəninə, xalqına olan sevgisindən söz açılıb. Bildirilib ki, Məzdək Eyvazlı və Əbil Cəbizadənin doğum günlərinin 26 fevral - Xocalı faciəsi gününə təsadüf etdiyi üçün onlar heç vaxt doğum günlərini qeyd etməyiblər, həmin günün acısını qəlblərində yaşadıblar. Vətən müharibəsi başlananda hər iki gəncin könüllü olaraq, vətənin müdafiəsinə yollandıqları və hərb meydanında cəsarətlə döyüşdükləri diqqətə çatdırılıb. Məzdək Eyvazlının Füzulinin azad olunması uğrunda, Əbil Cəbizadənin isə Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucaldıqları, ölümlərindən sonra medallarla təltif olunduqları qeyd edilib.

Tədbirin ən duyğulu və simvolik anı isə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların təhsil aldıqları tədris binasının həyətində Xan çinarlarının əkilməsi olub. Şəhidlərin valideynlərinin iştirak etdiyi ağacəkmədə duyğusal anlar yaşanıb.

Əkilən çinar ağacları UNEC-in şəhid məzunlarına olan ehtiramın, şəhidlərin ölməz ruhlarının UNEC-də kök saldığının, onların ruhunun bu elm ocağında əbədi yaşayacağının simvolu kimi dəyərləndirilib. Bildirilib ki, həmin ağaclar hər budağı ilə şəhidlərin yazdığı igidlik tarixinin, dərin kökləri ilə vətənə bağlılıqlarının canlı nişanəsinə çevriləcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri