UNEC də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub FOTO
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilində magistratura səviyyəsinə qəbulla bağlı qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə rektor, professor Ədalət Muradov, dekanlar və aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş zamanı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 57 ixtisaslaşmaya, UNEC Biznes Məktəbində MBA proqramı çərçivəsində 17 ixtisaslaşmaya qəbulun aparılacağı qeyd edilib. Həmçinin bəzi ixtisaslaşmalarda yeniliklərin olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, UNEC-də magistratura təhsili almaq istəyənlər üçün geniş imkanlar mövcuddur. Əmək fəaliyyəti ilə məşğul olanlara təhsil almaq imkanı yaradılması məqsədilə dərslərin axşam saatlarında təşkil edildiyi, bir sıra ixtisaslaşmaların beynəlxalq akkreditasiyadan keçdiyi, MBA proqramı tələbələrinin isə ACCA fənlərindən azad edildiyi vurğulanıb.
Görüşdə UNEC-in magistratura proqramlarının üstünlüklərinin, ixtisaslaşmalarla bağlı yeniliklərin geniş ictimaiyyətə çatdırılması, eləcə də magistraturaya qəbulda cəlbediciliyinin artırılması məqsədilə təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 May 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















