UNEC də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu onlayn aparılacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunan abituriyentlər avqustun 28-dən sentyabrın 8-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bunun üçün abituriyent https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidir. Portal üzərində qeydiyyat prosesi və Təhsil Tələbə Kredit Fonduna müraciət forması ilə bu linkdən tanış olmaq mümkündür.
Bundan əlavə, abituriyentlər UNEC-in rəsmi saytına daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçərək (kabinet.unec.edu.az) sənədlərini elektron formada sistemə yükləməlidirlər. Bu link vasitəsilə qeydiyyat prosesi ilə tanış olmaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Avqust 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















