Icma.az
close
up
RU
UNEC də konfrans keçirilib “Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda

UNEC də konfrans keçirilib “Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Rusiyanın Tümen Dövlət Universitetinin birgə təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyinə həsr olunmuş “Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I Beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Konfransda Rusiya, Qazaxıstan, Tacikistan və digər ölkələrin aparıcı universitetlərinin rəhbərləri, millət vəkilləri, eləcə də ölkədə sahibkarlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.

Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin direktoru professor Eduard Omarovun moderatorluğu ilə keçirilən konfransda sahibkarlıq təhsilinin ölkələrin iqtisadi inkişafına müsbət təsirləri, bu sahənin güclü bir resurs kimi istifadə olunma imkanları müzakirə olunub.

Konfrans çərçivəsində Tümen Dövlət Universitetinin rektoru dosent İvan Romançuk, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hüseynli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Dövlət Gənclər siyasəti və tərbiyə fəaliyyəti departamentinin direktor müavini Aleksandr Vedexin, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Macarıstanın Dunaujvaros Universitetinin Sosial Elmlər İnstitutunun direktoru, İqtisadiyyat və İdarəetmə kafedrasının müdiri professor Andrea Keszi-Szeremlei, Qazaxıstanın Kunayev Universitetinin prorektoru dosent Elvira Omurçiyeva mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər sahibkarlıq peşəsi, sahibkarlıq ekosistemi, sahibkarlıq təhsilinin iqtisadi inkişafa təsiri, sahibkarların rəqabətqabiliyyətli inkişafı barədə fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.


UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova konfransın açılışında çıxış edərək, UNEC-in Rusiya ali təhsil müəssisələri ilə əlaqələrindən bəhs edib. O, UNEC-in Rusiyanın bir çox aparıcı universitetləri ilə sıx əməkdaşlıq etdiyini və ikili diplom proqramları həyata keçirdiyini vurğulayıb. Həmçinin, UNEC-in Rusiyada filialı olan yeganə Azərbaycan universiteti olduğunu xüsusi qeyd edib.

Konfrans öz işini “Sahibkar peşəsi, onun legitimləşdirilməsi və inkişaf perspektivləri”, “Ali təhsil sistemində sahibkarlıq ekosistemi” və “Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm” mövzularında panel müzakirələrlə davam etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri