UNEC də Novruz daha gözəl olur adlı təntənəli bayram tədbiri keçirilib
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UNEC-də xalqımızın milli-mənəvi dəyərlərini və qədim adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə “UNEC-də Novruz daha gözəl olur” adlı təntənəli bayram tədbiri keçirilib.
Universitetdən XQ-yə bildirilib ki, tədbirin açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov universitet kollektivini təbrik edərək, bu əziz bayramın birlik, həmrəylik və milli dəyərlərin təntənəsi olduğunu vurğulayıb. Novruzun insanlara yenilənmə, ümid və gələcəyə inam aşıladığını deyən rektor, müəllim, tələbə və əməkdaşlara cansağlığı, uğurlar və firavanlıq arzulayıb.
Sonra Ədalət Muradov tələbə-rektor Ayan Cavadzadə ilə birlikdə Novruz tonqalını alovlandırıb.
Bayram şənliyində Azərbaycanın müxtəlif regionlarına xas olan Novruz mətbəxinin nemətləri və atributları ilə zəngin guşələr nümayiş olunub. Fakültələr tərəfindən hazırlanmış Novruz xonçaları və milli şirniyyatlar böyük maraqla qarşılanıb.
Tədbirdə Novruzun ənənəvi personajları olan Kosa və Keçəlin iştirakı ilə təqdim olunan səhnəciklər, əyləncəli oyunlar, eləcə də pəhləvanın göstərdiyi nömrələr iştirakçılara xoş anlar yaşadıb. Yaradıcılıq Mərkəzinin vokal, instrumental orkestr və rəqs dərnəklərinin üzvləri olan istedadlı tələbələrin çıxışları isə tədbirə xüsusi bayram ovqatı qatıb.
Əcnəbi tələbələrin də böyük maraqla qoşulduğu şənlik çərçivəsində bayram tonqalının ətrafında yallı gedilərək birlik və həmrəylik nümayiş etdirilib. Tədbir musiqiçilərin ifasında səsləndirilən şən musiqi nömrələri ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 Mart 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















