Icma.az
close
up
RU
UNECdə Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunan tədbir keçirilib

UNECdə Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunan tədbir keçirilib

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunmuş “Biz Bir Ailəyik” adlı inklüziv konsert proqramı keçirilib.

Moderator.az xəbər verir ki, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC İnklüziv Təhsil Mərkəzi və “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi anılıb, eşitmə və danışma məhdudiyyətli şəxslər Dövlət Himnini ifa ediblər.

Tədbirdə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, Milli Məclisin deputatı Vüqar İskəndərov, UNEC İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Azər Əliyev ölkəmizdə müxtəlif dərəcəli əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan bəhs ediblər, hər bir vətəndaşın, dövlətin həmin istiqamətdə apardığı siyasətə insanlıq dəyəri kimi dəstək göstərməsinin vacibliyini vurğulayıblar. Çıxış edənlər dünyamızın humanitar dəyərlərə ehtiyacı olduğunu diqqətə çatdıraraq, bu kimi tədbirlərin sosial məsuliyyətlilik, qayğıkeşlik, birlik kimi prinsipləri özündə ehtiva etdiyini qeyd ediblər. Ölkəmizdə əlilliyi olan şəxslərin istedad və bacarıqlarının üzə çıxarılması üçün bütün imkanların mövcud olduğunu bildiriblər.

Tədbirin bədii hissəsində incəsənət xadimləri, əlilliyi olan uşaqlar və gənclər bir-birindən maraqlı musiqi nömrələri və rəqslərlə çıxış ediblər. İnklüziv tədbirdə əlilliyi olan şəxslərin əl işlərinin sərgi yarmarkası da təşkil olunub.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see667

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see133

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see133

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see127

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see125

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see124

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see123

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see123

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see123

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see123

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see122

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see121

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see120

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see120

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see119

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri