Icma.az
close
up
RU

UNECdə Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunmuş tədbir keçirilib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunmuş “Biz Bir Ailəyik” adlı inklüziv konsert proqramı keçirilib.

Bu barədə APA-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC İnklüziv Təhsil Mərkəzi və “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi anılıb, eşitmə və danışma məhdudiyyətli şəxslər Dövlət Himnini ifa ediblər.

Tədbirdə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, Milli Məclisin deputatı Vüqar İskəndərov, UNEC İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Azər Əliyev ölkəmizdə müxtəlif dərəcəli əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan bəhs ediblər, hər bir vətəndaşın, dövlətin həmin istiqamətdə apardığı siyasətə insanlıq dəyəri kimi dəstək göstərməsinin vacibliyini vurğulayıblar. Çıxış edənlər dünyamızın humanitar dəyərlərə ehtiyacı olduğunu diqqətə çatdıraraq, bu kimi tədbirlərin sosial məsuliyyətlilik, qayğıkeşlik, birlik kimi prinsipləri özündə ehtiva etdiyini qeyd ediblər. Ölkəmizdə əlilliyi olan şəxslərin istedad və bacarıqlarının üzə çıxarılması üçün bütün imkanların mövcud olduğunu bildiriblər.

Tədbirin bədii hissəsində incəsənət xadimləri, əlilliyi olan uşaqlar və gənclər bir-birindən maraqlı musiqi nömrələri və rəqslərlə çıxış ediblər. İnklüziv tədbirdə əlilliyi olan şəxslərin əl işlərinin sərgi yarmarkası da təşkil olunub.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see178

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see177

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see148

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see123

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri