Icma.az
close
up
RU
UNECdə keçirilən CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb FOTOLAR

UNECdə keçirilən CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb FOTOLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 15-də UNEC-də təşkil olunan CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb.

Modern.az xəbər verir ki, CASI, UNEC və Azərbaycan COP29-un Davamlılıq üzrə Yüksək Səviyyəli Çempionu tərəfindən təşkil olunmuş forumda dövlət qurumları, maliyyə institutları və özəl sektordan 200-ə yaxın iştirakçı bir araya gəlib. Forumun əsas məruzəçiləri arasında CASI və Maliyyə və Davamlı İnkişaf İnstitutunun (IFS) sədri Ma Jun, UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov, BMT-nin sabiq icraçı direktoru Erik Solheim, Azərbaycan Mərkəzi Bankının icraçı direktoru  Şahin Mahmudzadə və BMT-nin Məsul İnvestisiya Prinsipləri təşkilatının (UNPRI) icraçı direktoru David Atkin yer alıb.

COP29 kontekstində təşkil edilən forumda məruzəçilər davamlı maliyyə, karbon qiymətləndirməsi və yaşıl maliyyələşmə strategiyaları üzrə təcrübə və perspektivlərini auditoriya ilə bölüşüblər. Həmçinin inkişaf etməkdə olan ölkələrin davamlı inkişafa keçidini dəstəkləyəcək yaşıl maliyyələşdirmə mexanizmlərinə xüsusi diqqət ayırıblar. Forumda bildirilib ki, neft və qaz ixracatçısı kimi tanınan Azərbaycanda iqlim dəyişikliyinin yaratdığı risklər fonunda iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlar atılmaqdadır. Ölkə 2035-ci ilə qədər istixana qazı emissiyalarını 40%, 2050-ci ilə qədər isə 70% azaltmağı qarşısına məqsəd qoyub. Bu məqsədə nail olmaq üçün Azərbaycan Mərkəzi Bankı 2022-2025-ci illəri əhatə edən Davamlı Maliyyə Fəaliyyət Planını həyata keçirir.

Forum çərçivəsində davamlı inkişaf üzrə qlobal çağırışlar, yerli və regional səviyyədəki imkanlar barədə geniş müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri