Icma.az
close
up
RU
UNECdə keçirilən CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb FOTOLAR

UNECdə keçirilən CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 15-də UNEC-də təşkil olunan CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb.

"Unikal" xəbər verir ki, CASI, UNEC və Azərbaycan COP29-un Davamlılıq üzrə Yüksək Səviyyəli Çempionu tərəfindən təşkil olunmuş forumda dövlət qurumları, maliyyə institutları və özəl sektordan 200-ə yaxın iştirakçı bir araya gəlib. Forumun əsas məruzəçiləri arasında CASI və Maliyyə və Davamlı İnkişaf İnstitutunun (IFS) sədri Ma Jun, UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov, BMT-nin sabiq icraçı direktoru Erik Solheim, Azərbaycan Mərkəzi Bankının icraçı direktoru  Şahin Mahmudzadə və BMT-nin Məsul İnvestisiya Prinsipləri təşkilatının (UNPRI) icraçı direktoru David Atkin yer alıb.

COP29 kontekstində təşkil edilən forumda məruzəçilər davamlı maliyyə, karbon qiymətləndirməsi və yaşıl maliyyələşmə strategiyaları üzrə təcrübə və perspektivlərini auditoriya ilə bölüşüblər. Həmçinin inkişaf etməkdə olan ölkələrin davamlı inkişafa keçidini dəstəkləyəcək yaşıl maliyyələşdirmə mexanizmlərinə xüsusi diqqət ayırıblar. Forumda bildirilib ki, neft və qaz ixracatçısı kimi tanınan Azərbaycanda iqlim dəyişikliyinin yaratdığı risklər fonunda iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlar atılmaqdadır. Ölkə 2035-ci ilə qədər istixana qazı emissiyalarını 40%, 2050-ci ilə qədər isə 70% azaltmağı qarşısına məqsəd qoyub. Bu məqsədə nail olmaq üçün Azərbaycan Mərkəzi Bankı 2022-2025-ci illəri əhatə edən Davamlı Maliyyə Fəaliyyət Planını həyata keçirir.

Forum çərçivəsində davamlı inkişaf üzrə qlobal çağırışlar, yerli və regional səviyyədəki imkanlar barədə geniş müzakirələr aparılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see195

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see139

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see138

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see137

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see136

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see136

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see134

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see131

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see130

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see129

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see127

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see121

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see121

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see120

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see119

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see119

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see118

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see116

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri