UNESCO rəsmisi: “Bakıda olmaqdan çox məmnunam”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiya çərçivəsində keçirilən nizamnamə iclaslarında iştirak etmək üçün Bakıda olmaqdan çox məmnunam”.
İdman.Biz xəbər verir ki, bu sözləri UNESCO-nun Sosial siyasət və inklüzivlik üzrə direktoru Qustavo Merino Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası barədə danışarkən deyib.
Onun sözlərinə görə, Konvensiyanın əsas məqsədi dopinqin və idmanda digər neqativ halların qarşısının alınmasını təmin etməkdir:
“Belə hallar təkcə idmanın dürüstlüyünə və “fair play” prinsiplərinə zərər vurmur, eyni zamanda, idmançıların sağlamlığına və rifahına mənfi təsir göstərir. Bu problem artıq həvəskar idmançılar arasında da getdikcə daha çox müşahidə olunur”.
Qustavo Merino forumun təşkilinə görə Azərbaycana təşəkkür edib və mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldığını söyləyib:
“Forum çərçivəsində idmanda dürüstlüyün təşviqi, Konvensiyanın icrası və təmiz idmanın daha da gücləndirilməsi istiqamətində aktual məsələləri müzakirə etdik”.
Baxış sayı:105
Bu xəbər 02 İyul 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















