Icma.az
close
up
RU
“Unibank” müştərilərinin kreditləri Monakodakı QUMAR MASALARINDA İDDİA Yeni Çağ Media

“Unibank” müştərilərinin kreditləri Monakodakı QUMAR MASALARINDA İDDİA Yeni Çağ Media

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Unibank”ın 1 milyona yaxın müştərisi var. Əksəriyyət kredit götürmüş və həyatını bir növ kreditə xərcləyən insanlardır. Sizin ödədiyiniz kreditlərlə “Unibank”ın rəhbəri Fransada dəbdəbəli mülk alır, oğlu isə Karib adalarında və Monakodakı (Monte Karlo) kazinolarda qumar oynayır”.

Yenicag.az xəbər verir ki, bu iddia ilə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib.

O, özünün “Facebook” hesabında yazaraq bildirib ki, Eldar Qəribov “Unibank”ın əsas səhmdarı, Müşahidə Şurasının sədridir, Malta vətəndaşlığı var və Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı – “Fransanın Fəxri Legion Kavaleri ordeni” ilə təltif olunub.

Jurnalist əlavə edib ki, Azərbaycanla Fransa arasında dərin çatlar bankirin bu ölkədəki lüksünə təsir göstərməyib və onun dəyəri bir neçə milyon avro olan “Floriana” adlı sevimli villası və əmlak şirkəti “siyasətə qarışmır”.

Eldar Qəribov ötən il bankda səhmlərini 7.31 faiz artıraraq, 91 faizə yüksəldib. Bu işdə ona yaxın dostu, Fransanın Nitsa şəhərində qapı qonşusu olan iş adamı Bəylər Məmmədov kömək edir. Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu – red.) Maltada təsis etdiyi “LENSTOR ENTERPRISES LTD” şirkəti üzərindən Lüksemburqda sahib olduğu “Canley Finance SA” maliyyə şirkəti vasitəsilə bankın səhmlərinin 7.31 faizini digər səhmdardan alıb, sonra Lüksemburq şirkəti adından əsas səhmdara satır. Yəni sol əli boynunun arxasından aparıb sağ qulağını qaşıyıb. İctimaiyyətə elə təqdim olundu ki, guya Eldar Qəribov səhmləri xarici şirkətdən alıb. Ola bilsin ki, Eldar Qəribov bununla təkcə ictimaiyyəti deyil, bankın digər səhmdarı olan Avropa Yenidənqurma və İnkişaf Bankını və Almaniyadakı tərəfdaşını da aldadıb”, – o, söyləyib.

C. Həsənli həmçinin onu da vurğulayıb ki, E. Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan “əli yaxşı gətirmiş” qumarbazdır və dünyanın ən məşhur kazinolarının daimi müştərisidir:

“O zaman ailəsi ilə Baham adalarında istirahət edərkən dostları İlkini kazinoya aparıblar. “Poker News”un məlumatına görə bankirin oğlu o zaman 25 min “stavka” ilə 1.105.040 dollar və bir ədəd lüks “Style” saatı udub. O vaxtdan Eldar Qəribov oğlunu qumardan ayıra bilməyib”.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri