Icma.az
close
up
RU
Sloveniyanın baş naziri polisə müdaxilə edib? İDDİA Yeni Çağ Media

Sloveniyanın baş naziri polisə müdaxilə edib? İDDİA Yeni Çağ Media

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sloveniyanın Baş naziri Robert Qolob çərşənbə günü Antikorrupsiya Komissiyasının qarşısında ifadə verdikdən sonra keçmiş daxili işlər naziri tərəfindən irəli sürülən polisin müdaxiləsi ilə bağlı iddiaları rədd edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Korrupsiyanın Qarşısının Alınması üzrə Komissiya, 2023-cü ilin noyabrında Qoloba qarşı dürüstlüyün pozulması şübhələri ilə araşdırma başlatmışdı, lakin bəzi texniki çətinliklər səbəbindən bu araşdırma dayandırılıb.

Sloveniya Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Tatyana Bobnar Qolobu polisdəki bəzi vəzifələrlə bağlı ona təzyiq göstərməkdə ittiham edib. Bobnar məsələyə dair məlumatı polisə və prokurorluğa verərək, nazirliyinə edilən təzyiqlər barədə parlamentin İstintaq Komissiyasına məlumat ötürüb.

“Komissiyaya bütün izahatlarımı verdim və bütün ittihamları tamamilə təkzib etdim və rədd etdim”, – deyə Qolob, ifadə verdikdən sonra jurnalistlərə açıqlama verib. O əlavə edib ki, bütün ittihamlar uydurma və yalandır.

İfadəyə başlamazdan əvvəl Qolob bildirib ki, məhkəmə tam bir fiaskodur.

“Bu gün komissiya qarşısında özümü müdafiə etməliyəm, çünki mən seçki proqramında artıq elan etdiyimiz polisin siyasiləşdirilməsini müdafiə etmişəm və əvvəlki hökumətin polisi tabe etmək istəyən tədbirlərinin tam şəkildə ləğv edilməsini istəyirdim”, – deyə o əlavə edib.

Polis Qoloba qarşı korrupsiya cinayəti törətmək, yəni “qanunsuz vasitəçilik üçün hədiyyələr vermək” şübhəsi ilə ixtisaslaşmış prokurorluğa cinayət işi qaldırıb.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Sloveniyada Rusiya kəşfiyyatçısı olduğu iddia edilən iki nəfərin saxlanılması ilə bağlı Baş nazir Robert Qolob hüquq-mühafizə orqanlarının işinə müdaxilədə ittiham olunmağa başladı.

Qolob casusluqda şübhəli bilinən şəxslərin saxlanma tarixi məsələsinə müdaxilə etməkdə günahlandırılır. İlkin tarix mühüm referendumdan sonrakı günə planlaşdırıldığı və Qolobun məsələnin hökumət uğurlarına kölgə salmasını istəmədiyi bildirilir.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri