UNICEFin regional müşaviri: COP29da uşaqlara və gənclərə həsr olunmuş xüsusi bir günün təyin edilməsi çox mühüm addımdır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 noyabr, AZƏRTAC
İqlim dəyişikliyinə qarşı mübarizədə uşaqlar mərkəzdə olmalıdır. İlk dəfə olaraq COP29-da uşaqlara və gənclərə həsr edilmiş xüsusi bir gün təyin edilib. Bu, çox mühüm bir addımdır.
Bu fikirləri UNICEF-in Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi üzrə regional müşaviri Mariya Osbek AZƏRTAC-a açıqlamasında deyib. O, Azərbaycanın hökumətinin bu təşəbbüsünü çox müsbət qiymətləndirib.
M.Osbek uşaqların iqlim dəyişikliyindən qeyri-bərabər şəkildə təsirləndiyini deyib. O qeyd edib ki, iqlim maliyyəsi və uyğunlaşma üzrə qlobal məqsədlər çərçivəsində qərarlarda onların yer alması vacibdir. Mariya Osbek COP29-da uşaqların mövqeyinin daha da önə çıxarılması və digər müzakirə sahələrində də onların rolu barədə əlavə addımlar atılmasının vacib olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















