UniDestin Təhsil Mərkəzində ödənişsiz İngilis dili Speaking dərsləri təşkil olunur
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
İngilis dili danışıq bacarıqlarını inkişaf etdirmək istəyən tələbələr üçün UniDestin Təhsil Mərkəzi tərəfindən ödənişsiz speaking dərsləri təşkil olunur. Əsas məqsəd iştirakçıların real danışıq mühitində ingilis dilində ünsiyyət bacarıqlarını gücləndirmək və praktiki təcrübə qazandırmaqdır.
Speaking dərsləri təcrübəli müəllim tərəfindən aparılacaq, iştirakçılar aktiv danışıq, düzgün tələffüz və ünsiyyət bacarıqları üzrə faydalı tövsiyələr əldə edəcəklər. Dərslər interaktiv formatda keçiriləcək və iştirakçılara öz səviyyələrini yoxlamaq imkanı yaradılacaq.
Tədbir yalnız bir gün – 24 yanvar tarixində baş tutacaq. İştirakçılar özlərinə uyğun saatı seçə bilərlər:
Saatlar: 14:00, 15:00 və 16:00
Qeyd edək ki, speaking dərsləri tam ödənişsizdir və yerlər məhdud saydadır. Bu fürsət ingilis dili danışığını inkişaf etdirmək istəyən hər kəs üçün nəzərdə tutulub.
UniDestin Təhsil Mərkəzi daim tələbələrin dil bacarıqlarının inkişafı və beynəlxalq səviyyədə rəqabətə davamlı olmaları üçün müxtəlif tədris və sınaq layihələri həyata keçirməyə davam edir.
İştirak üçün əvvəlcədən qeydiyyat tövsiyə olunur.
Əlaqə:
+994 55 848 03 09
+994 50 836 44 99
Veb: www.unidestin.com
E-poçt: [email protected]
Ünvan: 203 Nizami ST, Bakı (AF Business House, 4-cü mərtəbə)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 22 Yanvar 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















