Icma.az
close
up
RU
Universitet və yataqxana: məsafə vacibdirmi? FOTO

Universitet və yataqxana: məsafə vacibdirmi? FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Müasir universiteti kampussuz təsəvvür etmək mümkün deyil. Şəxsən özümün gördüyüm Afrika universitetlərində belə, məktəblə kampus yan-yanadır. Bu mümkün olmadıqda isə kampus elə yerdə salınır ki, tələbə ictimai nəqliyyatdan istifadə etməsin. Tələbələrin avtomobillərinə parklanma yeri yaratmağı isə heç bir ciddi ali məktəb düşünmür. 

Bizdə əsas problem sovet konsepsiyasındadır. Azərbaycanda sovet dövründə tikilmiş ali məktəblərin yataqxanaları piyada gedilə bilməyəcək qədər uzaqdır. Elə özümün təhsil aldığım və işlədiyim Azərbaycan Dillər Universitetini götürək.

Bu universitetin bir korpusu Rəşid Behbudov, digəri Təbriz küçəsində yerləşir. Məktəbin qızlar yataqxanası Şərifzadə küçəsində (ATV-nin qarşısı), oğlanlar yataqxanası isə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində, Dövlət Arxivinin arxasındadır. Hazırda hər 2 yataqxanada məcburi köçkünlər məskunlaşıb.  Onların bir qismi doğma yurdlarına qayıdıb. Qalanların da  30 il əvvəl qovulduqları yerlərə qayıtmaları zaman məsələsidir. Bəs sonra?

Təsəvvür edək ki, hər 2 yataqxana boşaldılaraq (o gün çox da uzaqda deyil) yenidən ADU-nun balansına qaytarılıb. Məktəb rəhbərliyi buranı təmir edib tələbələrin ixtiyarına versə tıxacın seyrəlməsinə kömək edəcəkmi?  Birmənalı şəkildə yox. Səbəb də məlumdur.

Təbriz küçəsindəki korpusdan yataqxanaya gedən tələbə 3 marşrutdan istifadə etməlidir (avtobus+metro+avtobus). İndiki qiymətlə 1 tələbənin dərsə gedib-qayıtması üçün 3 manat tələb olunur. Tələbə əlavə olaraq hansısa tədris mərkəzinə və ya kitabxanaya gedəcəyi təqdirdə azı 5 manat xərcləməlidir.  Sovet vaxtındakından fərqli olaraq müasir tələbələr bu cür uzaq yeri seçməyəcək, elə yaxın ərazidə kirayə mənzil axtaracaqlar. 

Ya da tələbə cəlb etmək üçün yataqxanada simvolik qiymət tətbiq edilməlidir. Bu zaman isə, yüzlərlə tələbənin daşınması ictimai nəqliyyatın onsuz da ağır olan yükünü artıracaq.  

Belə bir vəziyyət Bakıdakı əksər ali məktəblər üçün spesifikdir. Yalnız BDU-nun yataqxanası yaxındır ki, onun da tutumu məhduddur. 

Binaların yerləşməsində 60-80 il əvvəl yol verilmiş qüsurlara görə indi hansısa ali məktəbin rəhbərliyini ittiham etmək tamamilə qeyri-obyektiv yanaşma olar. 

Tələbə kontingentinin artması səbəbindən ali məktəblərin çoxunda auditoriya qıtlığının yaranması Polişinelin sirridir. Buna görə də, bəzi ali məktəblərin nisbətən az məskunlaşmış ərazilərə köçürülməsi həm tıxac, həm yataqxana, həm də auditoriya probleminin həllinə kömək edər. Bu zaman tədris binaları, laboratoriya, kitabxana və digər yardımçı tikililər yanaşı olmalıdır ki, tələbənin ictimai nəqliyyatdan istifadə etməsi minimuma ensin. 

Lakin planlı yerləşmə olmadığı təqdirdə isə, heç bir mərkəzdənqaçma tıxac problemini həll etməyəcək. Bu dəfə tıxaclı ərazilər Bakının kənarına doğru yer dəyişəcək, hərəkət daha çətin olacaq. Bir sözlə, elə etməliyik ki qaş düzəldilən yerdə göz çıxarılmasın.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Fevral 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri