Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Universitetdə 600, kollecdə 150 bal Eyni ixtisasların fərqi nədir?

Universitetdə 600, kollecdə 150 bal Eyni ixtisasların fərqi nədir?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Eyni ixtisas üzrə universitetlərlə kolleclərin keçid balları bəzən çox vaxt ciddi fərqlənir. Universitetdə balı yüksək olan ixtisas, bəzən kollecdə və peşədə keçid balı daha aşağı olur. 

Bəs bu nə ilə bağlıdır?

Məsələ ilə bağlı Milli.Az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib. 

O bildirib ki, bunun səbəbləri həm təhsil sisteminin strukturu, həm də əmək bazarının real tələbləri ilə bağlıdır:

"Məsələn, tibb sahəsini götürək. Azərbaycan Tibb Universitetinə qəbul üçün son illərdə keçid balı 600-dən yuxarı olur. Çünki bu ixtisas həm dövlət sifarişində məhdud yerlə təklif edilir, həm də tələbənin uzunmüddətli və ağır akademik hazırlığına əsaslanır. Amma tibb kolleclərində "tibb bacısı" və ya "feldşer" ixtisasına qəbul üçün bal 150-200 aralığında dəyişir. Burada məqsəd 4-6 illik həkim hazırlığından fərqli olaraq, qısa müddətdə praktik səhiyyə işçisi hazırlamaqdır. Əmək bazarında da bu fərq açıq görünür: həkimlər üçün yüksək ixtisaslı, daha məhdud vakansiyalar mövcud olduğu halda, orta tibb işçilərinə bölgələrdə və xəstəxanalarda daha geniş tələbat var. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, səhiyyə sektorunda çalışanların təxminən 40 faizi orta ixtisaslı kadrdır və bu rəqəm hələ də kifayət qədər deyil.

Digər nümunə pedaqogika sahəsidir. Son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "ibtidai sinif müəllimliyi" ixtisası üzrə keçid balı 400-dən yuxarı formalaşır. Çünki bu sahə üzrə həm dövlət sifarişi çoxdur, həm də peşənin sosial çəkisi artmaqdadır. Amma pedaqoji kolleclərdə eyni ixtisas üzrə keçid balı təxminən 120-160 civarında olur. Bu fərq əmək bazarında özünü belə göstərir: orta ixtisaslı müəllimlərin məktəblərdə tam hüquqlu pedaqoq kimi fəaliyyət imkanları məhduddur və onlar daha çox müəllim köməkçisi və ya ibtidai tədrisin dəstəkçisi kimi istifadə edilirlər. 2023-cü il sertifikasiya nəticələrinə görə, ali təhsilli müəllimlərin 70 faizi minimal bal həddini keçdiyi halda, kollecdən gələnlərin uğur faizi xeyli aşağı olub. Bu da ali təhsilli pedaqoqlara üstün tələbat yaratdığı üçün universitetdə rəqabəti sərtləşdirib, balı yüksəldib.

İnformasiya texnologiyaları ixtisası üzrə də oxşar mənzərə müşahidə olunur. Bakı Mühəndislik Universitetində və ya ADA Universitetində "kompüter mühəndisliyi" və "informasiya texnologiyaları" üzrə keçid balları 550-dən yuxarı olur. Amma Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində "kompüter texnologiyaları" ixtisasına qəbul üçün bal 180-200-dən yuxarı olmur. Bunun səbəbi əmək bazarındakı pillələnmədir: universitet məzunları daha çox proqramçı, sistem inzibatçısı və mühəndis kimi yüksək maaşlı işlərə yönəlir, kollecdən məzun olanlar isə texniki dəstək, laboratoriya operatoru və ya texnik kimi işləyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il hesabatında göstərilir ki, İKT sahəsində yüksək ixtisaslı mütəxəssislərə tələbat illik 12-15 faiz artır, amma texniki dəstək işçilərinə artım tempi 5-7 faizdir. Bu fərq də qəbul ballarında özünü göstərir.

Nəqliyyat və mühəndislik sahəsində də oxşar vəziyyət var. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universitetində "mühəndis inşaatçısı" ixtisası üçün keçid balı 450-dən yuxarıdır. Çünki bu sahədə layihələndirmə, hesablamalar və beynəlxalq normativlərə uyğun iş tələb olunur. Amma inşaat kolleclərində "tikinti ustası" və ya "memar köməkçisi" kimi ixtisaslara qəbul 120-170 bal aralığında olur. Əmək bazarında fərq ondan ibarətdir ki, mühəndislər strateji layihələrdə yüksək maaşla çalışır, amma kollecdən gələn kadrlar praktik usta və ya texniki işçi kimi daha çox tikinti şirkətlərində çalışır".

Ekspert qeyd edib ki, statistika göstərir ki, 2024-cü ildə ölkədə ali təhsilə qəbul olanların sayı 60 min nəfərdən çox olub, amma kolleclərə qəbul olunanların sayı 20 min civarındadır. Bu da göstərir ki, gənclər daha çox universiteti seçsə də, kolleclər praktik işçi qüvvəsinin hazırlanmasında mühüm rol oynayır:

"Eyni ixtisas üzrə universitet və kollecdə keçid balının fərqli olması yalnız imtahan nəticəsi ilə bağlı deyil, təhsil pilləsinin hədəfi, əmək bazarındakı yer və perspektivlər ilə bağlıdır. Universitet daha çox nəzəri və elmi yönümlü, kolleclər isə praktik və texniki yönümlü kadr yetişdirir. Nəticədə əmək bazarı da bu pillələnməni təsdiqləyir və qəbul ballarında fərqlər qaçılmaz olur".

Aysel Əkbər
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:598
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri