Universitetlərdə diplomlar bu ildən elektron veriləcək
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Universitetlərdə diplomlar bu ildən onlayn veriləcək.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə Elm və Təhsil Nazirliyindən Azərbaycan universitetlərinə təlimatlar verilib.
“Diplomların bu təhsil ilindən etibarən elektron, onlayn formada tələbələrə təqdim olunması artıq müzakirə olunub və zəruri hazırlıqlar başlayıb” – deyə ali təhsil mərkəzlərindən sorğumuza cavab olaraq bildirilib.
O da bildirilib ki, diplomlar bakalavrlarla yanaşı magistratura tələbələrinə də elektron təqdim olunacaq.
Nəticədə tələlər diplomunu “my gov” platformasından asanlıqla əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrində diplomlar elektron qaydada deyil, əsasən fiziki formada hazırlanaraq məzunlara təqdim edilir. Diplom blanklarının hazırlanması, məlumatların yoxlanılması, qeydiyyat və imzalanma prosedurları səbəbindən bu proses bir neçə ay davam edə bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 İyun 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















