Icma.az
close
up
RU
“Universitetlərdə layihələr maliyyələşdirilmədiyi üçün real nəticə yoxdur” DOSENT

“Universitetlərdə layihələr maliyyələşdirilmədiyi üçün real nəticə yoxdur” DOSENT

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlumdur ki, müəllimlərin işə qəbul imtahanlarının nəticələri ali məktəblərdə pedoqoji ixtisaslarda təhsil alan məzunların bilik səviyyəsini bir daha gündəmə gətirib. Təəssüf ki, göstəricilər gözləniləndən xeyli aşağıdır.

Bəs, bu nəticələr nədən irəli gəlir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dosent İlham Əhmədov bildirib ki, Azərbaycan universitetlərinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında ciddi problemlər mövcuddur:

“Bu problemlər uzun müddət ali təhsil sistemində islahatların ya aparılmaması, ya da keyfiyyətsiz və sistemsiz aparılması, maliyyələşmənin yetərli olmaması və dünya təcrübəsindən lazımi şəkildə istifadə edilməməsi ilə əlaqəlidir. Universitetlərin ən böyük problemi isə ölkədə ali təhsilə dair aydın strategiyanın olmamasıdır.

Dünya təcrübəsində hər universitet ildə bir sıra inkişaf yönümlü layihələr həyata keçirir. Bu layihələr təhsilin məzmunu və texnologiyalarının idarə olunması, startapların yaradılması, təhsil innovasiyalarının tətbiqi və elmi işlərin inkişafı kimi istiqamətləri əhatə edir. Lakin bu işlər üçün konkret fəaliyyət mexanizmləri və maliyyələşmə tələb olunur”.

İlham Əhmədov bildirib ki, təəssüf ki, son 30 il ərzində bizim universitetlərdə belə layihələr sistemli şəkildə həyata keçirilməyib:

“Müəyyən təşəbbüslər olsa da, maliyyələşmə olmadığından real nəticə əldə olunmayıb. Halbuki dünya universitetləri bu layihələrə milyonlarla dollar sərf edir. Yüksək reytinqli universitetlərin büdcəsi milyardlarla dollara çatır, orta səviyyəli universitetlərin büdcəsi təxminən 500 milyon dollardır. Bizim universitetlərin büdcəsi isə yalnız 20–30 milyon dollar səviyyəsindədir.

Az büdcə yalnız maliyyələşmənin azlığına səbəb deyil, həm də təhsil və elm layihələrinin həyata keçirilməsinə mane olur. Universitetlərin əsas xərcləri isə davamlı olaraq tikinti və təmir işlərinə yönəldilir. Nəticədə təhsilin məzmunu əmək bazarının tələblərinə uyğun gəlmir, yeni kurikulumların hazırlanmasına pul ayrılmır, dərsliklər isə müəllimlərin şəxsi təşəbbüsü ilə yazılır ki, bu da çox vaxt standartlara uyğun olmur.

Müqayisə üçün qeyd edək ki, təhsil naziri orta məktəb dərsliklərinin standartlara uyğun olmamasını vurğulayır. Ali məktəb dərsliklərinin hazırlanması isə daha mürəkkəbdir və sayca çoxdur. Lakin illər ərzində təhsil naziri ali məktəb dərsliklərinin hazırlanması prosesində iştirak etməyib və onların keyfiyyətinə dair konkret tələblər müəyyən etməyib. Hazırda müəllimlər öz hesabına dərslik yazır və tələbələrə təqdim edirlər ki, bu, müəllimlərin intellektual əməyinə uyğun deyil”.

Dosent vurğulayıb ki, dövlət siyasəti səviyyəsində, orta məktəblərdə olduğu kimi, ali məktəblər üçün də dərsliklər sifariş əsasında hazırlanmalı və müəllimlər əmək haqqı almalıdır.

“Lakin bizdə intellektual əmək yetərincə qiymətləndirilməyir. Elm və təhsil sahəsində rəhbər olan insanlar isə bu sahəyə uzaqdır, onların elmi biliyi və təcrübəsi kifayət etmir.

Nəticədə müəllimlər və alimlər təzyiq altında qalır, aşağılanır. Bu isə sistemdəki gerilik və uyğunsuzluğu daha da dərinləşdirir”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri