Icma.az
close
up
RU
Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində dünyanın ən nüfuzlu universitetlərinin reytinq cədvəllərindən biri açıqlanıb.

"QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025" adlı siyahıda Azərbaycanın da 7 universiteti yer alır.

Digər universitetlərimizin də bu siyahıya düşə bilmək ehtimalı varmı?

Bakıvaxtı.az xəbər verir ki, modern.az saytı məsələyə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) münasibət öyrənib.

Qurumdan bildirilib ki, agentlik ali təhsil müəssisələrinə beynəlxalq reytinq göstəricilərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq metodoloji dəstək göstərir:

"Bildiyiniz kimi, reytinqlərdə yalnız bir ilin deyil, son bir neçə ilin göstəriciləri nəzərə alınır. Bu baxımdan reytinqlərin metodologiyasına uyğun olaraq ali təhsil müəssisəsinin cari göstəricilərinin təhlili aparılır. Bu təhlillər cari vəziyyətin və gələcək imkanların proqnozlaşdırılması baxımından vacib alət hesab olunur. Əlavə olaraq, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin reytinq komandaları üçün il ərzində bir neçə dəfə beynəlxalq təlimçilərin iştirakı ilə komanda quruculuğu görüşləri və təlimlər təşkil olunur".

Bəs hansı işlər görülməlidir ki, daha çox universitetimiz dünya reytinqinə düşə bilsin?

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, universitetlərin reytinq üzrə dəyərləndirilməsi üçün bir sıra meyarlar mövcuddur:

"Bu səbəbdən reytinqlərə daxil olmaq istəyən ali təhsil müəssisələri ilk növbədə reytinqlərin metodologiyası ilə yaxından tanış olmalı, müvafiq reytinqlər üzrə müəssiəsinin tələb olunan meyarlara cavab verib-verməməsi barədə təhlillər aparmalı, bu təhlillərin nəticələrinə uyğun olaraq yol xəritəsi müəyyən etməlidirlər.

Eyni zamanda ali təhsil müəssisələrində illik fəaliyyət planlarının "QS" və "THE" kimi qlobal reytinqlərdə nəzərə alınan meyarlara uyğun formalaşdırılması da vacib faktordur.  Bu, reytinqlərin metodologiyasının daha dərindən öyrənilməsi və büdcə planlaşdırılmasında prioritet istiqamətlərə yönəlməyə imkan verir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Noyabr 2024 01:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri