Icma.az
close
up
RU
“Malayziya Azərbaycan turizm əlaqələrinin güclənəcəyinə ümid edirik” Səfir

“Malayziya Azərbaycan turizm əlaqələrinin güclənəcəyinə ümid edirik” Səfir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Malayziyanın Azərbaycandakı səfirliyinin, “SAFFTA” assosiasiyasının və “Malayziya Turizm İstanbul”un təşəbbüsü ilə Bakıda iki ölkənin turizim agentliklərinin görüşü və seminar keçirilib.

525.az xəbər verir ki, Malayziyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza çıxışında bildirib ki, bu, vaxtında təşkil edilən bir tədbirdir.  Çünki ölkəmiz "2026-cı ildə Malayziyanı ziyarət et: Malayziya həqiqi Asiyadır" kampaniyası çərçivəsində dünyanın hər yerindən qonaqları qarşılamağa hazırlaşır.

“Bu kampaniya təkcə bizim təmiz çimərliklərimizdən və tropik meşələrimizdən tutmuş əsrarəngiz şəhərlərimizə, mədəni irsimizə və dünyada tanınan mətbəximizə qədər Malayziyanın inanılmaz müxtəlifliyini nümayiş etdirmək məqsədi daşımır, həm də azərbaycanlı səyahətçilər üçün unikal təcrübələr təqdim edir. Malayziyanın turizm sənayesinin əsas üstünlüklərindən biri onun İslam Turizm Mərkəzi (İTM) tərəfindən fəal şəkildə təbliğ edilən inkişaf etmiş və sağlam halal turizm sektorudur. Bu təşəbbüs vasitəsilə Malayziya obyektlərin və xidmətlərin halal sertifikatlı yeməklər, ibadət yerləri və ailəyə uyğun əyləncələr də daxil olmaqla müsəlman səyahətçilərin ehtiyaclarını qarşılamasını təmin edir.

Bundan əlavə, Malayziyadakı Halal İnkişaf Korporasiyası halal konsaltinq və sertifikatlaşdırma proqramlarına rəhbərlik etməkdə davam edir və yerli şirkətlərə qlobal halal standartlarını qorumağa kömək göstərir”, - səfir bildirib.

Əlavə edib ki, birlikdə həyata keçirilən bu səylər Malayziyanın halal və İslam turizmi üzrə qlobal lider mövqeyini möhkəmləndirir, Azərbaycandan olan tərəfdaşlarımız da daxil olmaqla, dünyanın hər yerindən gələn müsəlman ziyarətçilərə rahatlıq və inam təqdim edir:

“Əminəm ki, bu gün buradakı tərəfdaşlarımızın güclü dəstəyi ilə bu tədbir Malayziyanı azərbaycanlı səyahətçilər üçün üstünlük verilən istiqamət kimi tanıtmaq üçün mənalı platforma rolunu oynayacaq və öz növbəsində qarşılıqlı inkişaf və anlaşma üçün yeni imkanlar açacaqdır. Bildiyiniz kimi, Malayziya hazırda azərbaycanlı qonaqlar üçün vizasız giriş təklif edir. Bu, Azərbaycandan olan səyahətçilər üçün Malayziyanın təbii gözəlliklərindən yararlanmaq və onu kəşf etmək, qonaqpərvərliyimizdən həzz almaq üçün gözəl fürsətdir. İkonik əkiz Petronas Qüllələri və UNESKO-nun Dünya İrsi şəhərləri siyahısında olan Malakka, Penanq şəhərləri, Lanqkavi, Terenqqanu və Sabah adalarına qədər Malayziya təbii gözəlliyin, zəngin tarixin və müasir görməli yerlərin unikal birləşməsini təklif edir. İstər istirahət, macəra, istər alış-veriş və ya qastronomik təcrübələr olsun, Malayziya sizi çox isti qarşılayır”.

Səfir ümid etdiyini bildirib ki, bu seminar ikitərəfli turizmin inkişafına öz töhfəsini verəcək və bunun vasitəsilə malayziyalı səyahətçilər də Azərbaycanın mədəniyyətini, tarixini və gözəlliyini kəşf edə biləcəklər:

“Bu kimi tədbirlər təkcə turistik yerləri tanıtmaq deyil, həm də turizm icmalarımız arasında etimad, uzunmüddətli əlaqələr yaratmaq məqsədi daşıyır. Əminəm ki, bugünkü işgüzar görüşlər səmərəli əməkdaşlığa, yeni tur paketlərə və hər iki ölkədə mövcud olan çoxsaylı imkanlar haqqında daha çox məlumatlılığa səbəb olacaq”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Oktyabr 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri