Unudulan xəstə gecəni MRT aparatında keçirdi Çində kuryoz hadisə
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çində, Hubei əyalətinin Vuhan şəhərindəki xəstəxana işçiləri bir xəstəni unudaraq altı saat MRT aparatında buraxıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mothership” məlumat yayıb.
Belə ki, axşam saatlarında Tan adlı şəxs MRT-yə göndərilib. Prosedur təxminən 20 dəqiqə çəkməli idi, lakin bu müddət keçəndən sonra onu unudularaq aparatda buraxılıb.
Tan bütün gecəni, təmizlik işçisinin onun fəryadını eşidib təhlükəsizlik çağırana qədər orada keçirməli olub.
Qeydlərə görə, müayinə vaxtında başa çatıb. Xəstəxana qarışıqlığın növbə dəyişikliyi ilə bağlı olduğunu izah edib.
Araşdırmadan sonra komissiya xəstəxana işçilərinin Tanı aparatda qoyaraq növbə təhvil vermə protokolunu pozduğunu müəyyən edib. Məsul şəxslər işdən kənarlaşdırılıb. Klinika rəhbərliyi xəstədən üzr istəyib.
Həmçini bildirilir ki, həyat yoldaşı Tanın itkin düşməsi barədə polisə məlumat veribmiş.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 16 Mart 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















