Icma.az
close
up
RU
Ünvanlı sosial yardımın ödənilməsində uyğunsuzluq aşkarlanarsa, ödənişlər geri istənilə bilər?

Ünvanlı sosial yardımın ödənilməsində uyğunsuzluq aşkarlanarsa, ödənişlər geri istənilə bilər?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ünvanlı sosial yardım almış vətəndaşlardan birindən iki il öncə aldığı sosial yardımın geri qaytarılması tələb olunur.

Oxu.Az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

Qeyd olunub ki, ödənilən vəsaitin 10 iş günü ərzində geri ödənilməsi edilir:

"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı bildirir ki, sizin ünvanlı dövlət sosial yardımınız üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 4-cü bəndinə əsasən, ailə üzvünün məşğulluğunun öz təsdiqini tapmaması səbəbilə) uyğunsuzluq aşkar edilib.

Bildiririk ki, sizə 01.01.2023-cü il tarixdən 01.07.2023-cü il tarixədək ümumilikdə 3035.15 (üç min otuz beş manat 15 qəpik) manat məbləğində artıq vəsait ödənilib. Həmin məbləğin 10 iş günü müddətində fondun hesabına geri bərpa olunması tələb olunur. Əks təqdirdə qanunauyğun tədbirlər görüləcək".

Maraqlıdır, bəs görəsən, qanunvericilikdə sözügedən məsələ necə tənzimlənir? Ünvanlı sosial yardımın ödənilməsində hər hansı uyğunsuzluq aşkar edilərsə, o geri istənilə bilərmi?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, ünvanlı sosial yardımla bağlı məsələlərin tənzimlənməsi üçün Nazirlər Kabinetinin 2016-cı il 5 fevral 37 nömrəli qərarı mövcuddur:

"Eyni zamanda, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllədə artıq ödənilmiş dövlət vəsaitinin geri qaytarılması ilə bağlı normalar var.

Qaydalara əsasən, ünvanlı sosial yardım təyin edilərkən vətəndaşın ailə tərkibi, gəlirləri, məşğulluğu barədə düzgün məlumat vermək öhdəliyi var. Düzgün təqdim edilməyən məlumatlar əsasında edilən ödənişlər geri qaytarılmalıdır. Əks halda dövlət qurumu məhkəmə qaydasında bu vəsaiti geri tələb edə bilər.

Vətəndaş, həqiqətən, məlumatı gizlədib və ya yanlış təqdim edibsə, qanuna görə, artıq ödənilmiş sosial yardım geri qaytarılmalıdır".

Onun sözlərinə görə, göndərilən bildirişdə hər hansı uyğunsuzluq olduğunu hesab edən, habelə məşğulluq barədə arayışların vaxtında təqdim olunduğunu, lakin nəzərə alınmadığını düşünən vətəndaşın şikayət etmək və məhkəməyə müraciət etmək hüququ var:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun daxili şikayət mexanizmləri mövcuddur. İlkin olaraq buraya yazılı müraciət edib, daha sonra İnzibati Məhkəmədə verilən qərarın ləğvi tələb edilə bilər. Bu zaman bildirişdəki uyğunsuzluq öz təsdiqini taparsa, vətəndaş qanun üzrə artıq ödənilən məbləği geri qaytarmalıdır. Bu qərarın əsassız olduğunu düşünən vətəndaş hüquqi müdafiə mexanizmindən istifadə etməklə qərarları ləğv etdirə bilər".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri