Upamekano Konateni təriflədi: “Mövsümə inanılmaz başlayıb”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Bavariya”nın müdafiəçisi Dayo Upamekano yayda “Real Madrid”ə keçən həmyerlisi İbrahima Konatenin mövsümə uğurlu startından danışıb.
İdman.Biz xəbər verir ki, fransalı futbolçu millinin qarşıdakı oyunları öncəsi komanda yoldaşının çıxışını tərifləyib:
“Konate mövsümə inanılmaz başlayıb. O, “Real Madrid”də hamını heyran qoyur. Ümid edirəm ki, belə də davam edəcək”.
27 yaşlı müdafiəçi Joze Mourinyonun rəhbərliyi altında əsas heyətdə möhkəmlənərək Antonio Rüdigeri qabaqlayıb. Konate La Liqada keçirilən 12 qarşılaşmanın 11-də start heyətində yer alıb və meydanda 990 dəqiqə keçirib.
Fransalı futbolçu Din Heysenlə də uğurlu tandem formalaşdırıb. Niderlandlı müdafiəçinin topu oyuna daxil etmək bacarığı Konatenin fiziki gücünü və müdafiədəki oyun üslubunu tamamlayır.
Baxış sayı:99
Bu xəbər 12 Noyabr 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















