Uqandada ağır yol nəqliyyat hadisəsi: 14 nəfər həyatını itirdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Uqandada Kalunqu bölgəsində yerləşən Kamunqa Ticarət Mərkəzinin yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, sərnişin daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində mikroavtobusda olan daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, qəza törətdikdən sonra hadisə yerindən qaçan yük maşını sürücüsünün tapılaraq istintaqa cəlb edilməsi üçün axtarış tədbirlərinə başlanılıb.
Qeyd edək ki, Uqandada nəqliyyat vasitələrinin texniki baxımsızlığı, sürət həddinin mütəmadi aşılması və yol infrastrukturunun yetərsizliyi səbəbindən bu cür yol qəzaları tez-tez baş verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Avqust 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















