Uqandada dəhşətli qəza 14 ölü
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Qulu şəhəri yaxınlığında sərnişin avtobusu yük avtomobili ilə toqquşub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər hadisə yerində keçinib.
40-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Qəzanın səbəbləri hələlik məlum deyil. Yerli polis idarəsinin rəhbərliyi sürücülərdən birinin sürət həddini aşdığının mümkünlüyünü bildirib.
Avtobusun məxsus olduğu "Opit Bus" şirkətinin nümayəndəsi isə yerli mətbuata başqa məlumat verib. Belə ki, onun sözlərinə görə qəza yolu qadağan olunmuş yerdə keçmək istəyən sərxoş piyadanın üzündən yaşanıb.
Qeyd edək ki, Uqandada bənzər qəzalar sürücülərin sürət həddini aşmaları, səhv ötmə etmələri və səhlənkarlıqları üzündən tez-tez baş verir.
L.Tağıyeva
Baxış sayı:79
Bu xəbər 09 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















