Icma.az
close
up
RU
Uqandalı nümayəndə: Ümid edirəm ki, COP29da problemlərimizin həll yollarını tapacağıq AZƏRTAC

Uqandalı nümayəndə: Ümid edirəm ki, COP29da problemlərimizin həll yollarını tapacağıq AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

"Uqanda iqlim dəyişikliyi ilə mübarizədədir. Ümid edirəm ki, COP29-da problemlərimizin həll yollarını tapacağıq".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Uqandanın "Kiçik əllər yaşıllaşır" vətəndaş cəmiyyəti təşkilatının kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə meneceri Evelin Namuli deyib.

O, COP29-dan böyük gözləntilərinin olduğunu vurğulayıb: "COP29-dan çox şey gözləyirəm. İlk növbədə boş vədlər verilməməsini, verilən vədlərin yerinə yetirilməsini istəyirəm. İqlim və böhranla mübarizənin diqqət mərkəzində saxlanılacağını gözləyirəm".

Menecer Uqandanın iqlim dəyişikliyi ilə bağlı problemlərindən bəhs edib: "Ölkəmizdə iqlim dəyişikliyi ilə bağlı bir çox problem var. Bunlardan biri də təbiətin çirklənməsidir. Təhlükəli tullantılar atmosferi çirkləndirir. Həmçinin plastik çirklənmə ilə də mübarizə aparırıq. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur. Bu da insanların sağlamlığına olduqca mənfi təsir göstərir. Çünki bu plastiklər ilk növbədə torpağa gedir və ona birbaşa təsir edir. Beləliklə də bu, qida üçün bitkilərin böyüməsinə, əkdiyimiz torpaqlara ziyan verir".

"Bu yaxınlarda Uqandada tullantılarla bağlı çox pis bir təcrübə yaşadıq. Müəyyən tullantıların partlaması nəticəsində insanlar öldü. Uqandada iqlimlə bağlı əsas problem budur. Düşünürəm ki, siyasi liderlər və inkişaf etmiş ölkələr öz rollarını yerinə yetirməsələr, o zaman COP29 ilə COP28 arasında heç bir fərq olmayacaq", - E.Namuli əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri