Uqandalı nümayəndə: COP29 gözləntilərimi aşıb VİDEO AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 16 noyabr, AZƏRTAC
“Artıq COP29 gözləntilərimi aşıb. Qeyd etməliyəm ki, burada təşkilatçılıq qüsursuzdur”.
Bunu AZƏRTAC-a müsahibəsində COP29-da iştirak edən Uqanda Rabitə Komissiyasının nümayəndəsi Fred Otunnu deyib.
Azərbaycana ilk dəfə gəldiyini bildirən nümayəndə burada təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb: “Xüsusilə hava limanında hamı çox sürətli çalışır. COP29-un təşkili çox yaxşıdır. Əlavə edim ki, Uqanda olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməyə sadiqik. Ümid edirəm ki, ən azından İKT sektorunda bundan sonra emissiyaların azaldılmasına dair öhdəlik olacaq, çünki məlumat mərkəzləri enerjinin ən böyük istehlakçılarından biridir. Uqanda ekvatorun ortasında bir yerdədir. Burada vaxtaşırı bəzi çayların daşması, çoxlu yağışın səbəb olduğu sürüşmələr və digər unikal ətraf mühit hadisələri baş verir. İqlim dəyişikliyinin təsiri realdır. Bu problemləri yaşayan bir ölkə olaraq, COP29-un iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacağını düşünürük”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















