Uraloğludan Zəngəzur açıqlaması: Bakı qərar verəcək!
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə Zəngəzur dəhlizidir.
Axar.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.
“Bu istiqamətdə Azərbaycan tərəfi ilə sürətli formada proseslərə davam edirik. Dəhlizin Ermənistan və ya İran tərəfi olmaqla haradan keçəcəyinə azərbaycanlı qardaşlarımız qərar verəcək. Sonra bu dəhliz Naxçıvan üzərindən Türkiyəyə gələcək. Türkiyədə də layihəmizi bitirdik, tenderimizi etdik, qarşıdakı günlərdə tikinti işlərinə başlayaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - nazir bildirib.

Uraloğludan Zəngəzur açıqlaması Bakı qərar verəcək
20 Noyabr 2024 15:39
Uraloğludan Zəngəzur dəhlizi ilə bağlı şad xəbər: Türk Dünyasına qapı açılır
08 Fevral 2025 01:37
İrandan Zəngəzur açıqlaması
06 Yanvar 2025 16:35
CHPdən Zəngəzur dəhlizi açıqlaması
07 Dekabr 2024 12:28
İrəvandan Zəngəzur açıqlaması: “Mümkün deyil”
18 Dekabr 2024 16:18

