Ürək döyüntüsü nə zaman təhlükəlidir? KARDİOLOQDAN AÇIQLAMA
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
“Ürək döyüntüsünün sürətlənməsindən daha çox onun nə zaman və hansı səbəbdən baş verməsi əhəmiyyətlidir”. Bu sözləri SİA-ya açıqlamasında həkim-mütəxəssis kardioloq Emil Hasilov deyib.
Onun sözlərinə görə, ürək döyüntüsünün sürətlənməsi hər zaman xəstəlik əlaməti deyil: "Fiziki fəaliyyət, stres, həyəcan, qorxu, temperaturun yüksəlməsi, kofeinli içkilər, susuz qalma və yuxusuzluq zamanı ürək döyüntüsünün artması normal fizioloji reaksiyadır. Bu hallarda səbəb aradan qalxdıqdan sonra nəbz adətən tədricən normallaşır.
Lakin ürək döyüntüsünün səbəbsiz və təkrarlanan şəkildə sürətlənməsi, xüsusilə istirahət zamanı başlaması, uzun müddət davam etməsi və ya sinə ağrısı, nəfəs darlığı, başgicəllənmə, halsızlıq, huş itirmə kimi əlamətlərlə müşayiət olunması artıq diqqət tələb edir. Belə hallarda ürək ritm pozğunluqları, qalxanabənzər vəzin xəstəlikləri, qanazlığı, ağciyər, bronx xəstəlikləri, ağır infeksion durumlar və digər səbəblər araşdırılmalıdır.
Qısaca, ürək döyüntüsünün sürətlənməsindən daha çox onun nə zaman, hansı səbəbdən və hansı əlamətlərlə birlikdə baş verməsi əhəmiyyətlidir. Hər birinizə sağlamlıq arzulayıram".
Baxış sayı:134
Bu xəbər 14 Avqust 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















