Ürək xəstəlikləri Azərbaycanda niyə daha çox öldürür?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda 2025-ci ildə qeydə alınan ölümlərin yarıdan çoxu qan dövranı sistemi xəstəliklərinin payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə ümumilikdə 59 834 ölüm halı qeydə alınıb. 2024-cü ildə bu göstərici 58 909 nəfər olub. Ölüm səbəbləri arasında ilk yeri qan dövranı sistemi xəstəlikləri tutur. 2025-ci ildə bu xəstəliklərdən 33 555 nəfər dünyasını dəyişib. Bu, il ərzində qeydə alınan bütün ölüm hallarının təxminən 56 faizinə bərabərdir. 2024-cü ildə qan dövranı sistemi xəstəliklərindən ölənlərin sayı 33 289 nəfər olub.
Ürək-damar xəstəlikləri Azərbaycanda niyə ölüm səbəbləri arasında bu qədər böyük paya sahibdir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında kardioloq Gülanə Ağayeva bildirib ki, bu rəqəm əslində ciddi siqnaldır:
“Qan dövranı sistemi xəstəlikləri dedikdə, yalnız infarkt və ürək xəstəlikləri nəzərdə tutulmur. Buraya digər mənşəli qan dövranı sistemi xəstəlikləri, insult, arterial hipertenziya və digər səbəblərlə bağlı ölümlər də daxildir. Yəni söhbət təkcə ürək xəstəliklərindən deyil, bütövlükdə qan dövranı sistemində yaranan müxtəlif problemlərdən gedir". Digər mühüm məsələ isə xəstəliklərin gec aşkarlanması, vaxtında diaqnoz qoyulmaması və risk faktorlarının ölkəmizdə daha yüksək olmasıdır:
"Şəkərli diabet, arterial hipertenziya, xolesterinin yüksəkliyi kimi risk faktorları ölkəmizdə geniş yayıldığı üçün ürək-damar xəstəliklərinin yaranma və ağırlaşma ehtimalı da artır. İnsanlar bu xəstəliklərə tutulmadan öncə profilaktik müayinələrdən keçmədikdə və risk faktorlarına nəzarət edilmədikdə, xəstəlik daha gec mərhələdə aşkarlana bilər. Bu isə müalicə prosesini də çətinləşdirir və ölüm riskinin artmasına səbəb ola bilər”.
Kardioloq qeyd edib ki, ürək-damar sistemi xəstəlikləri yalnız yaşlı insanların xəstəliyi kimi nəzərə alınmamalıdır:
“Ürək-damar sistemi xəstəliklərinin cavanlaşdığı nəzərə alınaraq, gənc insanlarda da bu xəstəliklərin yarana bilmə ehtimalı diqqətdə saxlanılmalıdır. Bu baxımdan, gənc yaşlardan etibarən profilaktik müayinələrin aparılması, qan təzyiqi, şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanılması mühüm əhəmiyyət daşıyır. Vaxtında aparılan müayinə və profilaktik tədbirlər xəstəliyin erkən aşkarlanmasına və daha ağır nəticələrin qarşısının alınmasına imkan verə bilər”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Ürək xəstəlikləri Gülanə Ağayeva
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 18 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















