Ürək sağlamlığı haqqında 12 yanlış məlumat
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Ürək sağlamlığı ilə bağlı yayılmış səhv inanclar ciddi problemlərə yol aça bilər.
Pravda.az xəbər verir ki, xüsusilə ürək-damar xəstəliyi olanlar bu yanlışlıqlardan qaçmalıdır.
Ürək tutması zamanı dilaltı dərman qəbul etmək təhlükəlidir. Aspirin qəbul edib dərhal həkimə müraciət etmək lazımdır.
Ürək xəstələri idmandan uzaq durmamalıdır, həkim məsləhəti ilə yüngül məşqlər ürəyə faydalıdır.
Limon suyu və sarımsağın qan təzyiqini düşürməsi elmi əsaslı deyil.
Ürək xəstələri ət və yumurtadan imtina etməməlidir, balanslı qidalanma önəmlidir.
Ürək tutmasından sonra iki həftə cinsi əlaqədən çəkinmək kifayətdir.
Vitaminlərin ürək tutmasından qoruyucu təsiri sübut edilməyib.
Xolesterin dərmanlarını dayandırmaq risklidir.
Təbiət məhsulları tək başına müalicə üçün yetərli deyil.
Gündəlik az miqdarda tünd şokolad ürək üçün faydalıdır.
Hipertoniya müalicəsi ömürlükdür, dərmanı tərk etmək olmaz.
Sol qolda uyuşma ürək tutmasının əsas simptomu deyil.
Omega 3 əlavələri təkcə kifayət deyil, təzə balıq və qoz-fındıq daha faydalıdır.
Sağlam həyat tərzi və həkim məsləhəti ürək xəstəliklərinin qarşısını almaqda əsas rol oynayır.
Əminə Bayramova


