Ürək sağlamlığını qoruyan qidaların adları açıqlanıb
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Dietoloq Lusiana Lança ürəyin sağlamlığını yaxşılaşdırmaq üçün gündəlik qida rasionuna bir sıra məhsulların daxil edilməsini tövsiyə edib.
BAKU.WS xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kartof, avokado, ispanaq, banan, lobya və kokos suyu ürək sağlamlığına müsbət təsir göstərir.
Dietoloq bildirib ki, kaliumla zəngin qidaların istehlakı və natriumun məhdudlaşdırılması ürək-damar sisteminin fəaliyyətinə faydalıdır.
Onun sözlərinə görə, kalium əzələlərin yığılması, ürəyin fəaliyyəti və qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərə gündə ən azı 3 510 milliqram kalium qəbul etməyi tövsiyə edir.
Bununla belə, mütəxəssis kaliuma olan ehtiyacın fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişdiyini vurğulayıb. Böyrək xəstəlikləri olan və ya müəyyən dərmanlar qəbul edən şəxslərin bu mineralın miqdarı ilə bağlı həkim məsləhəti alması vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















