Ürək və öpüş emojiləri cinsi qısnama hesab olunur Məhkəmə cərimə yazdı
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib. Adı açıqlanmayan şəxs cinsi qısnama törətdiyinə görə cərimələnib.
Sfera.az bildirir ki, 69 yaşlı H.T. Diyarbəkirdə sosial şəbəkədə tanımadığı qadına ürək və öpüş emojiləri göndərib. Ötən il 32 yaşlı evdar qadın Z.Y. tanımadığı 69 yaşlı H.T. adlı şəxsdən mesaj aldıqdan sonra Respublika Prokurorluğuna müraciət edib.
Qocanın gənc qadına öpüşlər və ürək emojiləri ilə yanaşı “Sən gözəlsən, canım, çox şirinsən, canım” mesajları göndərdiyi müəyyən edilib.
Onun barəsində “seksual qısnama” cinayətini törətdiyi üçün Baş Prokurorluq tərəfindən cinayət işi açılıb.
Diyarbəkir 7-ci Cəza Məhkəməsində keçirilən prosesdə prokuror müttəhimin istifadə etdiyi “Instagram” hesabından müxtəlif vaxtlarda şikayətçiyə mesajlar və ürək və öpüş emojiləri göndərdiyini bildirib.
Müttəhimin ziddiyyətli ifadələrinin cinayətdən yaxa qurtarmaq məqsədi daşıdığı və bu səbəbdən Türkiyə Cəza Məcəlləsinin 105/1 1, 105/2-d, 43/1 və 53-cü maddələrinə uyğun olaraq cəzalandırılması istənilib.
69 yaşlı kişi ittihamları rədd edərək hesabının oğurlandığını və mesajları göndərmədiyini iddia edib. İş üzrə hökm çıxarılıb. H.T. göndərdiyi emojilərə və mesajlara görə 2800 lirə inzibati cəriməyə məhkum edilib.
Aynil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Aprel 2025 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















