Icma.az
close
up
RU
Daha çox kişiləri öldürür: “Sınıq ürək sindromu” nədir?

Daha çox kişiləri öldürür: “Sınıq ürək sindromu” nədir?

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ayrılıq, boşanma və ya yaxın bir insanın itkisi bir çox insan üçün travmatik bir təcrübədir. Lakin bəzi hallarda bu cür emosional sarsıntılar sağlamlıq baxımından ciddi təhlükələrə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, “sınıq ürək sindromu” kimi tanınan bu vəziyyət, döş qəfəsi ağrısı və nəfəs darlığı kimi simptomlarla özünü göstərə bilər. Bu əlamətlər çox hallarda qısa müddətdə keçsə də, az sayda insan üçün bu vəziyyət ölümcül nəticələnə bilir.

Ən son elmi araşdırmalar isə bu sindromun kişilər üçün qadınlara nisbətən iki dəfə daha ölümcül olduğunu ortaya çıxarıb. İlk baxışda inandırıcı görünməsə də, bir insanın doğrudan da ürək ağrısından ölməsi tibbi cəhətdən mümkündür. Bu vəziyyətin tibbi adı takotsubo kardiyomiyopatidir və çox vaxt şiddətli emosional stresslə başlayır. Lakin “sınıq ürək sindromu” təkcə emosional deyil, cərrahiyyə və ya iflic kimi fiziki streslə də baş verə bilər.

Bu cür ani stress hallarında bədən kortizol və adrenalin kimi hormonları yüksək səviyyədə ifraz edir. Bu hormonlar ürəyin əsas pompalama kamerasında forma dəyişikliyinə səbəb olur və ürəyin düzgün işləməsini çətinləşdirir. Bu dəyişmiş ürək forması Yaponiyada ahtapot tutmaq üçün istifadə olunan “takotsubo” adlı tələyə bənzədiyi üçün xəstəlik bu adla tanınıb.
Əvvəlki araşdırmalara görə bu sindrom qadınlarda daha çox rast gəlinir. Lakin son məlumatlar kişilər üçün bu vəziyyətin daha təhlükəli ola biləcəyini göstərir. Arizona Universitetinin tədqiqatçıları, 2016–2020-ci illər arasında ABŞ-da bu sindromla xəstəxanaya yerləşdirilən təxminən 200.000 yetkinin məlumatlarını təhlil ediblər. Araşdırma, sindromun 83%-nin qadınlarda baş verdiyini təsdiqləyib.

Lakin bu araşdırma eyni zamanda yaşla bağlı fərqli bir tendensiyanı da üzə çıxarıb. 46–60 yaş arası şəxslərdə bu sindromun rastgəlmə ehtimalı, 31–45 yaş qrupu ilə müqayisədə 2,6–3,25 dəfə yüksək olub. Tədqiqatçılara görə bu artımın səbəbi stress səviyyəsi, hormonal dəyişikliklər, alkoqol və siqaret istifadəsi, eləcə də kifayət qədər müalicə olunmayan təzyiq və xolesterin problemləri ola bilər.

Araşdırmaya əsasən, kişilərin bu sindromdan ölmə ehtimalı qadınlara nisbətən iki qat daha yüksəkdir. Bunun səbəbləri tam dəqiq bilinməsə də, bəzi ehtimallar mövcuddur. Qadınlarda sindromu adətən emosional hadisələr tetikləyərkən, kişilərdə bu daha çox fiziki stressdən sonra (məsələn, əməliyyat sonrası) ortaya çıxır. Bundan əlavə, elm adamlarına görə kişilər sosial dəstək sistemlərindən daha çox uzaq ola bilər, bu isə onların stresslə mübarizəsini və sağalma prosesini çətinləşdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 May 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see232

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see222

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see194

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri