Icma.az
close
up
RU
Ürəyi yanmaq yox, “mənəmmənəm”lik düşüncəsi

Ürəyi yanmaq yox, “mənəmmənəm”lik düşüncəsi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

COP29 uğurlu təşkilatçılıq və qəbul edilən mühüm qərarlarla yadda qaldı. 

İndiyə qədər keçirilən konfranslar sırasında möhtəşəmliyi, məhsuldarlığı, tarixi qərarların qəbulu ilə ilk yerlərdən birini tutur. Bunun nəticəsidir ki, Azərbaycana bir-birinin ardınca təşəkkür məktubları hələ də gəlməkdə davam edir. Azərbaycana qarşı güc mərkəzi formalaşdırmaq istəyən qüvvələr də iqlim dəyişikliklərinə qarşı mübarizədə kənarda dayanmadıqları görüntüsünü yaratmaq üçün bu prosesə qoşulurlar. Məqsədləri tədbiri boykot etmək olanlar uduzduqları üçün indi başqa fikirlər səsləndirirlər. 

Fürsətləri olsaydı, bir kimsənin iştirakına imkan verməzdilər. Amma gücləri yetmədi və Azərbaycanın nüfuzu onların arzularını blokladı. Lakin hələ də gizli niyyətlərindən əl çəkməyiblər və anti-Azərbaycan ritorikası bitməyib. Daxildən bu prosesə qoşulanlar isə artıq tükəniblər. Onların da gözlədikləri başqaydı. Düşünürdülər ki, hansısa addımlar atılacaq və ya açıq bəyanatlarla kimlərsə Azərbaycana qarşı çıxacaq. Heç biri olmadığı üçün çox dilxor olublar. İndi onlara olan maraq da öz növbəsində azalıb. 

Əli Kərimli COP29 ərəfəsində xarici mətbuatda sifarişlə boy-boy tirajlanan müsahibələrinin, açıqlamalarının arasının kəsilməsindən o qədər narahatdır ki, indi keçmişə qayıtmalı olub. Azərbaycanı Gürcüstanla müqayisə edərək, son seçkidən sonra yaranmış siyasi vəziyyəti 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərindən sonra yaranmış vəziyyətlə eyniləşdirməyə çalışıb.

19 il öncə, noyabrda keçirilən seçkidən sonra "Azadlıq" blokunun təşkil etdiyi aksiyadan danışan Əli Kərimli 26 noyabrda oturaq mitinq qərarını elan etdiyini deyir və bunu özünün qəhrəmanlığı kimi qələmə verir. 

Uduzduğu tarixdən danışan Əli Kərimli nəticədən danışmır. Bütün müxalifəti, eləcə də ondan sonra “Azadlıq” blokunu necə parçaladığının üstündən sükutla keçib, bu illər ərzində müxalifətə olan inamın azalmasında öz rolunu “unudub”.

Əli Kərimli 19 əvvəl etdiyi avantürist bir hərəkətlə müxalifətə elə bir zərbə vurub ki, hələ də onun “səsi gəlir”. Əli Kərimli ötən əsrin 95-ci ilindən müxalifətə qarşı başlayan dağıtım əməliyyatında hər zaman uğur qazanıb. Ona görə ki, ümid istəyən adamlara vəd veriləndə onları aldatmaq daha asan olur. 

1995-ci ildən Xalq Cəbhəsinin daxilində öz fəaliyyətini gücləndirə və cəbhəçilərin içində aldanmaq istəyənləri öz toruna saldı. Siyasətlə pafosu ayırd edə bilməyənlər də onun toruna düşdülər. Bu fəaliyyət Xalq Cəbhəsinin əvvəl 2, daha sonra 3, lap sonda isə 4-cü dəfə parçalanmasına səbəb oldu. Söhbət ancaq Xalq Cəbhəsi adına iddia edənlərdən gedir. Əslində isə Əli Kərimlinin sayəsində 2000-ci ildən sonra 7-8 təşkilat yarandı və onların da əksəriyyəti Əli Kərimlinin avantürasına qurban gedənlər idi. 

Daha sonra o adamları elə bir duruma gətirdi ki, onunla bir yerdə olmaqdan ən böyük peşmanlıq çəkənlərdən oldular. Bu, əslində bir siyasətçinin faciəsidir. İndi 19 il əvvəlki hansısa hadisəni xatırlatmaqla bir daha öz gücsüzlüyünü göstərir. Əli Kərimlinin Gürcüstanda baş verənləri Azərbaycanın ozamankı durumu ilə müqayisə etməkdə məqsədi qonşu ölkəyə ürəyi yanmaq, yaxud etiraz edən gürcülərin gücünü tərifləmək deyil. Özündən danışmaq üçün növbəti bir fürsətdir.

Öz xalqını, onun problemlərini, dövlətinin milli maraqlarının qorunmasını düşünməyən adam üçün Gürcüstan və ya gürcü xalqı maraqlı ola bilərmi?

Təbii ki, yox. Ona görə də Gürcüstanla aparılan paralellik də ancaq “mənəm-mənəm”likdir. 

“Cebheinfo.az” 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri