Icma.az
close
up
RU
Urmiya qurudu, sıra Abşerondadır? Duz gölləri ilə bağlı mütəxəsssisdən HƏYƏCAN TƏBİLİ

Urmiya qurudu, sıra Abşerondadır? Duz gölləri ilə bağlı mütəxəsssisdən HƏYƏCAN TƏBİLİ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi Asiyanın ən böyük düz gölü olan Urmiya gölü artıq tamamən quruyub.
İran hökuməti bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu bildirsə də, aktivistlər bunun əksini deyirlər. Onlar iddia edirlər ki, Urmiya gölü baxımsızlıq, gölün su və duz ehtiyatlarının qeyri-effektiv və plansız istifadə, çayların istiqamətinin dəyişdirilməsi, intensiv kənd təsərrüfatı fəaliyyəti səbəbindən qurudu.
Bu iddia istər-istəməz Quzey Azərbaycanda – Abşeronda yerləşən düz göllərinin də taleyi üçün narahatlıq yaradır. Abşeronun bəzəyi olan duz göllərini də eyni aqibət gözləyə bilərmi?
Mütəxəssislər bildirirlər ki, baxımsızlıq və plansız istismar yanaşması tətbiq olunarsa, onların da tədricən quruması mümkündür. Bundan başqa qanunsuz və nəzarətsiz duz hasilatının aparılması gölün ekosisteminə ciddi zərər verə bilər.
Həmçinin urbanizasiyanın ən böyük problemlərindən olan sənaye və məişət tullantılarının, çirkab sularının birbaşa bu göllərə axıdılması onların çirklənməsinə və zamanla tələf olmasına səbəb ola bilər.
Duz gölləri gələcəyin çatlamış torpaqları olacaqsa...
Ekoloq Cavid Hüseynov Bizim.Media-ya bildirdi ki, Abşeron yarımadasında mövcud olan 200-dən artıq gölə il ərzində 41,5 mln. m3 müxtəlif tərkibli çirkab suları axıdılır. Suların tərkibində neft məhsulları, ağır metallar və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çox olduğundan göllərin dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Təsərrüfat-məişət tullantı sularının da göllərə və ətraf ərazilərə axıdılması Abşeron yarımadasında kəskin olan ekoloji vəziyyəti daha da mürəkkəbləşdirir:
“Göllərin əksər hissəsi kiçik ölçülü olduğu üçün ilin isti dövründə quruyur, yalnız 10-a yaxın gölün sahəsi 1-2 kvadrat km-dən artıqdır. Göllərin su qidasını atmosfer yağıntıları, məişət suları və çox cüzi olaraq sahillərindəki bir neçə az debitli bulaqlar təşkil etdiyi üçün yayda suyu qurumaq həddinə çatır. Atmosfer yağıntılarında əgər azalma müşahidə olunarsa, bəzi kiçik göllərdə quruma təhlükəsi ola bilər. Ancaq bizim göllərin ən böyük problemi qeyd olunduğunu kimi çirklənmədir. Hazırda bu göllərin bərpası ilə bağlı işlər görülür”.
Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri