Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Uşağa ad seçərkən bu səhvi edirik Zirəddindən VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Uşağa ad seçərkən bu səhvi edirik Zirəddindən VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Son illər valideynlər uşaqlarına ad seçərkən təkcə adın mənasına və səslənişinə deyil, numerologiya və astrologiyaya da diqqət yetirirlər. Bəziləri hesab edir ki, uşağın doğum tarixinə, ulduz xəritəsinə və adının rəqəmsal hesablamalarına uyğun seçim etmək onun gələcək həyatına, xarakterinə və taleyinə təsir göstərə bilər. Bəs uşağa ad qoyarkən numeroloq və astroloqa müraciət etmək nə dərəcədə məntiqlidir? Belə yanaşmanın elmi əsası varmı, yoxsa bu, sadəcə inanc məsələsidir?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən ekstrasens, kliniki psixoloq Zirəddin Rzayev bildirib ki, biz özümüzü türk kökənli, türkdilli xalq hesab ediriksə, ad məsələləri ilə bağlı “Kitabi-Dədə Qorqud” dastanına nəzər salmalıyıq:

“Araşdıranda görürük ki, Dədə Qorqud insanlara ad verərkən onların həmin ada layiq olmasını əsas götürürdü. Yəni bir var insanın valideynlərinin qoyduğu ad, bir də var insanın həyatda qazandığı ad. Bunlar tamamilə fərqli anlayışlardır. Məişət texnikası

Bu ənənəyə İslam tarixində də rast gəlirik. Məsələn, İmam Əlinin (ə) 110-a yaxın adı və ləqəbi olduğu bildirilir. O dövrdə bu adlar indiki medallar kimi bir növ mükafat hesab olunurdu. Məsələn, Mürtəza, Allahın aslanı, Heydər, Kərrar və digər adlar İmam Əliyə (ə) onun xüsusiyyətlərinə, əməllərinə və qəhrəmanlığına görə verilmişdi. İmam Səccad (ə) isə Allaha çox səcdə etdiyi üçün bu adla tanınmışdı. Yəni bu ad onun ibadətinin, mənəvi xüsusiyyətinin göstəricisi idi. Həmin dövrdə insanlar sinələrinə medal taxmaqla deyil, əməlləri, qılıncı, qalxanı, elmi və biliyi ilə ad qazanırdılar.

İslam tarixində Əbu Hüreyrə adlı səhabə də olub. “Hüreyrə” sözü pişik mənasını verir. Rəvayətə görə, pişikləri sevdiyinə görə ona bu ləqəb verilib. “Əbu” ata, “Hüreyrə” isə pişik deməkdir. O, sünni məzhəbində qəbul edilən səhabələrdən biridir. Şiə məzhəbində isə onun rəvayət etdiyi hədislər qəbul olunmur”.

Klinik psixoloq qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanını, İslam tarixini və digər qədim inancları araşdıranda adların insan cəmiyyətində və həyatında xüsusi yer tutduğunu görürük:

“İnsanlar yalnız adın gözəlliyinə fikir verməyiblər. Adın mənası, insanın kökü, nəsli və xüsusiyyətləri də nəzərə alınıb. Türkiyədə bu ənənənin izlərinə indi də rast gəlmək mümkündür. Məsələn, Bığıq oğulları, Balta oğulları, Torpaq oğulları kimi nəsil adları mövcuddur. Hər bir adın öz mənası və daşıdığı məna yükü var. “Ərdoğan” adı da “ər” və “doğan” sözlərinin birləşməsindən yaranıb və özünəməxsus məna daşıyır.

Mənim fikrimcə, ad bir növ mozaikaya bənzəyir. Onun hissələri elə uyğunlaşmalıdır ki, bütöv və gözəl bir mənzərə yaransın. Ad da insanın özü ilə uyğunlaşmalıdır. Əgər ad yerinə düşmürsə, bu, brilyantı taxta üzərinə yerləşdirib üzük düzəltməyə bənzəyir. Belə bir uyğunluq uzunömürlü olmaz.

Adların insan həyatında rol oynadığına, astrologiya və numerologiyanın qədim bilik sahələri olduğuna inanıram. Mən astrologiyaya bütün varlığımla inanıram. Bəziləri İslamda astrologiyanın olmadığını, bunun haram sayıldığını iddia edir. Lakin bu fikirlə razı deyiləm. Əl-Biruni, Xacə Nəsirəddin Tusi, İbn Sina, İbn Ərəbi kimi tarixi şəxsiyyətlərin astrologiya ilə məşğul olduqlarını görürük. Onların dövründə tikinti, memarlıq, tibb və hətta siyasi qərarlarla bağlı məsələlərdə ulduzların hərəkətindən əldə edilən biliklərdən istifadə olunurdu”.

Z.Rzayev bildirib ki, astrologiya qədim Şumerlərdən, Misir sivilizasiyasından başlayaraq digər qədim mədəniyyətlərə qədər öz təsirini göstərib:

“Bu baxımdan onun tarixdə mühüm rol oynadığını inkar etmək olmaz. Ancaq burada başqa bir sual ortaya çıxır: Əgər astrologiya bu qədər qədim və dərin bilik sahəsidirsə, bəs bu gün həqiqi astroloqlar varmı? Müasir dövrdə Əl-Biruni, Xacə Nəsirəddin Tusi, İbn Sina səviyyəsində mütəxəssislər yetişirmi? İnsanlar astrologiya təhsilini harada alırlar? Bunun üçün hansı universiteti və ya akademiyanı bitirirlər? Yoxsa hər kəs özü-özünə bu adı verir? Mənim əsas sualım məhz budur.

Adların əhəmiyyətini İslamla da əlaqələndirmək mümkündür. Məsələn, Quranda “Yasin” surəsi var. Bu ad “Ya” və “Sin” olmaqla iki hərfdən ibarətdir. Həmin hərflərin mənası ilə bağlı alimlər arasında bu gün də müxtəlif müzakirələr aparılır. Niyə Quran bəzi surələrə ayrı-ayrı hərflərlə başlayır? Bu da göstərir ki, hərflərin və sözlərin özünəməxsus yeri var.

İmadəddin Nəsiminin fəlsəfəsini, xüsusilə hərflərlə bağlı fikirlərini araşdıranda da sözlərin, hərflərin və adların insan düşüncəsindəki əhəmiyyətini görürük. Mən hesab edirəm ki, hər hərfin, sözün və adın özünəməxsus potensialı var və bunlar insan həyatında müəyyən rol oynayır. Bunu sadəcə şəxsi fikir kimi səsləndirmirəm. Bir klinik psixoloq və filosof kimi, ali təhsilli mütəxəssis olaraq həm tarixi, həm də fəlsəfi baxımdan yanaşıram. Hər adın öz mənası və daşıdığı məna yükü var. Bu məsələyə Quranda, astrologiyada, numerologiyada və hərflərlə bağlı fəlsəfi yanaşmalarda da rast gəlmək mümkündür”.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri