Icma.az
close
up
RU
Uşağa çox süd verməyin! Qanazlığı yarana bilər

Uşağa çox süd verməyin! Qanazlığı yarana bilər

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Süd çox xeyirli məhsuldur. Bunu hamı bilir.

Məhz bu səbəbdən analar uşaqlara israrla süd içizdirməyə çalışır. Lakin onu da nəzərə almaq lazımdır ki, həddən artıq süd içən uşaqda qanazlığının inkişafı riski artmış olur.

Elmi araşdırmalar nəticəsində məlum olub ki, hər gün 2 stəkandan artıq süd içən uşağın qanında dəmirin səviyyəsi düşür.

Saglamolun.az bildirir ki, dəmir qan sisteminiz üçün olduqca vacib elementdir. Qırmızı qan hüceyrələri olan eritrositlərin tərkibində xüsusi zülal hemoqlobin var. Hemoqlobin orqanizmdə çox vacib funksiyanı yerinə yetirir - oksigeni orqanizm boyu daşıyır və bütün hüceyrələrə çatdırır. Oksigensiz orqanizmdə gedən bir çox proseslər mümkün deyil. Ümumillikdə oksigensiz insan yaşaya bilməz. Dəmir hemoqlobinin tərkibinə daxildir və dəmir olmadan hemoqlobin öz transport funksiyasını yerinə yetirə bilmir.

Dəmir orqanizmə daim daxil olmalıdır. Dəmirin səviyyəsi aşağı düşdükdə orqanizm oksgenlə pis təmin olunmağa başlayır ki, bu da müxtəlif pozulmalara səbəb olur. Böyüməkdə olan uşaq orqanizmi üçün hemoqlobinin normal səviyyəsi xüsusilə vacibdir.

Gün ərzində südün 2 stəkandan artıq miqdarda qəbulu qanda dəmirin səviyyəsini aşağı salır. Uşaq nə qədər çox süd içərsə, dəmirin səviyyəsi də bir o qədər çox düşəcək. Məsələ burasındadır ki, südün tərkibində olan kalsium orqanizmdə dəmirin sovrulması prosesini pozur.

Beləliklə, uşağa gün ərzində 1-2 stəkandan artıq süd vermək tövsiyə edilmir. Uşağın qidalanmasında südün miqdarını azaldıb, kəsmik, təbii yoqurt, kefir kimi məhsullarının miqdarını artırın.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri