Icma.az
close
up
RU
Uşağa dişlərini dava dalaşsız fırçalatmağın yolu

Uşağa dişlərini dava dalaşsız fırçalatmağın yolu

Lent az saytına istinadən Icma.az xəbər verir.

"Get dişlərini fırçala"! - "İstəmirəm"! - "Dərhal"!… Bu dialoq bir çox valideynə tanışdır. Psixoloqlar bildirirlər ki, uşaqlar əmr formasında deyilən tapşırıqlara daha çox müqavimət göstərirlər. Ancaq onlara seçim imkanı verildiyini hiss etdikdə vəziyyət dəyişə bilər. Mütəxəssislərin fikrincə, "seçim var" üsulu (choice without choice) hətta ən inadkar uşaqlarda belə effektiv nəticə verə bilər.

Lent.az bu üsulları təqdim edir:

Bu üsul necə işləyir?

Valideyn "Dişlərini fırçala" demək əvəzinə belə soruşa bilər:

"Yaşıl diş fırçasını seçirsən, yoxsa qırmızını"?
"Dişlərini cizgi filmindən əvvəl fırçalayacaqsan, yoxsa sonra"?
"Özün fırçalayacaqsan, yoxsa mən kömək edim"?
"Çiyələk dadlı diş məcunu istəyirsən, yoxsa nanəli"?

Bu variantların hamısı eyni nəticəyə dişlərin fırçalanmasına gətirib çıxarır. Lakin uşaq qərarı özünün verdiyini düşündüyü üçün müqaviməti azalır.

Niyə təsirlidir?

Mütəxəssislər bildirirlər ki, təxminən 7 yaşına qədər uşaqlar "məcburi seçim"lə "tam sərbəst seçim" arasındakı fərqi tam dərk etmirlər. Onlar üçün əsas olan vəziyyətə nəzarət etdiklərini hiss etməkdir. Birbaşa əmr isə çox vaxt uşağın müstəqillik istəyini hərəkətə gətirir və etiraz yaradır. Valideynlərə vacib tövsiyə odur ki, "Dişlərini fırçalayacaqsan, ya yox?" kimi seçim verməsinlər. Seçim yalnız necə və ya nə ilə ediləcəyi barədə olmalıdır.

Valideynlərin ən çox buraxdığı səhv

Ən geniş yayılmış səhvlərdən biri uşaqdan icazə istəyirmiş kimi soruşmaqdır:

"Dişlərini fırçalayacaqsan"?

Uşaq "Yox" cavabı verdikdə valideyn çıxılmaz vəziyyətdə qalır. Psixoloqlar tövsiyə edirlər ki, bu sual əvəzinə əvvəlcədən qəbul edilə bilən iki variant təqdim edilsin. Onların sözlərinə görə, bu manipulyasiya deyil, uşağın şəxsiyyətinə hörmət edən pedaqoji yanaşmadır.

Bu üsul başqa hallarda da işləyir

Eyni prinsipi gündəlik həyatın müxtəlif vəziyyətlərində tətbiq etmək olar:

"İdmana ayaqqabı ilə gedəcəksən, yoxsa kedlə"?
"Şorbanı böyük qaşıqla yeyəcəksən, yoxsa kiçik qaşıqla"?
"Əvvəl oyuncaqları yığaq, yoxsa kitabları"?

Mütəxəssislər bildirirlər ki, bu yanaşmanı bir həftə tətbiq etdikdən sonra valideynlər uşaqlarda isterikaların və etirazların nəzərəçarpacaq dərəcədə azaldığını müşahidə edə bilərlər.

Bu üsul hansı yaşdan etibarən təsirlidir?

Psixoloqların sözlərinə görə, texnika adətən 2,5-3 yaşdan etibarən daha yaxşı nəticə verir. Bu yaşda uşaq nitqi anlayır və sadə seçim edə bilir. Daha kiçik yaşlı uşaqlarda isə diqqəti başqa istiqamətə yönəltmək daha effektiv hesab olunur.

Uşaq üçüncü variant təklif etsə nə etmək lazımdır?

Əgər uşaq təqdim olunan iki seçimdən kənar başqa variant irəli sürərsə, mütəxəssislər sakit şəkildə belə cavab verməyi tövsiyə edirlər:

"Bu variant uyğun deyil. Mən dediyim iki seçimdən birini seç".

Əgər uşaq israr edərsə, eyni cavabı sakit tonda təkrarlamaq və gözləmək kifayətdir. Əksər hallarda uşaq təqdim olunan variantlardan birini seçir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 İyul 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri