Icma.az
close
up
RU
Uşağı dərsə getməyən valideynə nə qədər cərimə düşür? Vəkil qanunu AÇIQLADI

Uşağı dərsə getməyən valideynə nə qədər cərimə düşür? Vəkil qanunu AÇIQLADI

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Məktəblərdə şagirdlər bir ay ərzində üzrlü səbəblər olmadan 7 gündən çox dərsdən qala bilməz. Qanuna əsasən, belə olan halda icbari ümumi təhsil üzrə şagirdin valideynlərinə və ya onu əvəz edən şəxslərə 100 manat cərimə tətbiq olunması mümkündür. Bəs bu, nə dərəcədə doğrudur? Qanunda həqiqətən bu cür halla bağlı cərimə tətbiqi nəzərdə tutulubmu?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan təhsil eksperti Fuad Hacıyev bildirib ki, qanunvericilikdə belə bir müddəa var:

"İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilən istisna səbəblər olmadan şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynə cərimə nəzərdə tutulur. Amma qanunun mövcudluğu davamiyyət probleminin yalnız cərimə ilə həll ediləcəyi demək deyil. Tutaq ki, valideynləri kütləvi şəkildə cərimələdik. Bununla uşaqların davamiyyət problemi aradan qalxacaq? Yoxsa ailə ilə məktəb arasındakı məsafə daha da böyüyəcək?. Yəni cəriməni ödəmək onu doğuran problemi həll etmir.

Valideynin övladının davamiyyətinə görə məsuliyyəti var. Amma təhsil sisteminin də keyfiyyətli, təhlükəsiz və uşağı kənarda qoymayan mühit yaratmaq məsuliyyəti mövcuddur. Davamiyyət tələb ediriksə, davamiyyətsizliyin səbəblərini də araşdırmalıyıq. Təhsildə uğurun göstəricisi neçə valideyni cərimələməyimiz yox, nə qədər uşağın təhsilini davam etdirməsinə şərait yaratmağımızdır".

Vəkil Roman Qaraşov isə bildirib ki, şagirdin bir ay ərzində üzrsüz səbəbdən 7 gündən çox dərs buraxmasına görə valideynlərin 100 manat cərimə edilməsi ilə bağlı yayılan məlumat hazırkı qanunvericiliyə uyğun deyil:

"Belə ki, əvvəllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsində bu hala görə 100 manat cərimə nəzərdə tutulsa da, həmin maddə 15 aprel 2016-cı il tarixli Qanunla ləğv edilib. Hazırda Məcəllənin 189.1-ci maddəsinə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirmədikdə onlara xəbərdarlıq edilə və ya 40 manatdan 60 manatadək cərimə tətbiq oluna bilər. Lakin bu məsuliyyətin yaranması üçün valideynin qanunla müəyyən edilən vəzifələrini yerinə yetirməməsi faktı sübut olunmalıdır. Yəni şagirdin sadəcə 7 gündən artıq dərs buraxması valideynin avtomatik olaraq 100 manat cərimələnməsinə hüquqi əsas vermir".

Günəş Fərəh

Azpolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri