Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hər ikisi işləyən ər və arvadın himayəsində iki azyaşlı uşaq var. Valideynlərdən hansısa birinə vergi güzəşti tətbiq edilirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.
Əlavə olaraq, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.
Sorğuya cavab olaraq bildirilib ki, himayədə olan şəxslərin sayı iki nəfər olduqda, Vergi Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququ yaranmır.
Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Mart 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















