Icma.az
close
up
RU
Uşağın erkən əmizdirilməsi

Uşağın erkən əmizdirilməsi

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən tövsiyələrə əsasən, uşağın ilk əmizdirilməsi doğuşdan sonrakı ilk 30 dəqiqə ərzində baş verməlidir.

Bu cür erkən əmizdirmənin körpə üçün çox böyük əhəmiyyəti vardır! Çünki bu zaman uşaq, bilavasitə doğulduğu andan sonra, onun səhhəti üçün həm əvəzolunmaz qida və həm də dərman hesab olunan ilkin süd ("ağuz südü") almış olur.

Körpənin erkən əmizdirilməsi, laktasiya prosesinin düzgün başlamasının əsaslarını təmin edir, laktasiyanı “isə salınır”, döş tərəfindən süd hasilatının artmasına və həmçinin əmizdirilmə müddətinin uzadılmasına kömək edir.

Uşağın erkən əmizdirilməsi onun bağırsaqlarında sağlam mikrofloranın formalaşmasına da kömək edir. Uşaq doğularkən onun bağırsaqları, dərisi və selikli qişaları steril olur. Ətraf mühit ilə ilk kontaktdan sonra isə müxtəlif mikroorqanizmər onların üzərində "məskən salırlar". Tədqiqatçılar tərəfindən sübut olumuşdur ki, ananın dərisi və selikli qişalarında olan mikroorqanizmlər uşağın orqanizminə zərər vermədən daha asanlıqla uyğunlaşırlar və hətta şərti patogen olan mikroblar belə, digər mənbələrdən daxil olan eyni mikoblara nisbətən, daha nadir hallarda xəstəliyin əmələ gəlməsinə səbəb olurlar. Məhz bu səbəbdən doğulduqdan dərhal sonra uşağı ananın döşün üzərinə qoyurlar, anaya onu əzizləməyə, öpməyə icazə verirlər. Bu zaman uşağın dərisi və selikli qişaları ananın dəri və selikli qişaların mikroflorası ilə "tanış olur". Bunu uşağa vurulan ilk "peyvəndlə" müqayisə etmək olar.

Erkən əmizdirilmə yalnız körpə üçün deyil, onun anası üçün də çox vacibdir. Bu, doğuşdan sonrakı dövrdə yarana biləcək bir çox fəsadların (qanaxma, uşaqlığın kifayət qədər yığılmaması və s.) profilaktikası rolunu da oynayır. Körpənin əmizdirilməsi zamanı ananın orqanizmində oksitosin hormonu hazırlanır. Bu hormon isə, eyni zamanda,  uşaqlığın öz normal ölçülərinə qədər yığılmasına da kömək edir. Körpə nə qədər tez-tez əmizdirilərsə, bu proses də o qədər sürətlə gedər. Məhz bu səbəbdəndir ki, uşaq doğulduqdan sonra onun erkən əmizdirilməsi zamanı ananın qarnının aşağı hissələrində müəyyən ağrı hissiyyatları yaranır – bu, onun uşaqlığının yığılmasının əlamətidir.

Qeyd etmək lazımdır ki, körpənin erkən əmizdirilməsi təcrübəsindən respublikamızın heç də bütün doğum evlərində istifadə olunmur. Ona görə də doğuşa hazırlaşdığınız doğum evinin tibb işçiləri ilə əvvəlcədən razılığa gəlməyiniz vacibdir ki, onlar bilavasitə doğuşdan sonra – elə doğuş zalında olarkən uşağı sizə ilkin əmizdirməyə versinlər. Tibb işçilərini həmçinin xəbərdar edin ki, körpənizə nə əmzik nə də şüşədə heç bir süni qida qarışığı verməsinlər və onu mütləq gecə saatlarında sizə əmizdirməyə gətirsinlər (əgər bu doğum evində ana və uşağın bir palatada olması təcrübəsindən istifadə olunmursa).

Ana və körpənin bilavasitə doğuşdan sonra eyni palatada bir yerdə olması – həm ana, həm də körpə üçün ən yaxşı variant hesab olunur. Ona görə doğum evini seçərkən bunu da nəzərdən qaçırmamağınız məsləhət görülür.

Bir çox doğum evlərində gecə saatlarında (və hətta gündüz vaxtı da) uşaqların əmziklə yedizdirilməsi təcrübəsindən istifadə edirlər. Onlar bunu, “ananın doğuşdan sonra istirahət etməsinin” vacibliyi ilə izah edirlər. Əksər mütəxəssislər bunu yanlış və zərərli üsul hesab edirlər. Ona görə ki, əmziyə öyrəşən körpə, sonradan ananın döşünü əmməkdən imtina edə bilər, çünki döşü əmmək, körpədən əmziyi əmməkdən xeyli çox güc tələb edir. Bundan əlavə uşaq əmziyi bir cür, ananın döş giləsini isə başqa cür əmir. Əmziyi əmməyi öyrənən uşaq ananın döş giləsini düzgün şəkildə götürməyəcək (bu barədə aşağıda məlumat veriləcək). Bunun nəticəsində uşaq doymayacaq və eyni zamanda daim ananın süd vəsiləri gilələrinə müxtəlif travmalar və zədələr yetirəcəkdir. Bu isə sonda, döş gilələrində çatların yaranması ilə nəticələnə bilər.

Məhz erkən əmizdirilmə - uşaqda ananın döşünü düzgün tutmaq və düzgün əmmək vərdişinin formalaşmasına daha yaxşı imkan yaradır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri