Icma.az
close
up
RU
Uşağın düzgün şəkildə əmizdirilməsi

Uşağın düzgün şəkildə əmizdirilməsi

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşağın düzgün şəkildə əmizdirilməsi ananın orqanizmində gedən laktasiya prosesinin düzgün formalaşması, uşağın doyuzdurulması, ananın döş giləsinin müxtəlif zədələnmələrdən qorunması üçün çox vacibdir.

1. Uşağı düzgün əmizdirmək üçün ana, ilk növbədə, öz döşünü düzgün saxlamağı öyrənməlidir ki, əmizdirmə vaxtı uşaq onu asanlıqla və düzgün şəkildə götürsün. Belə ki, ana əli ilə döşü elə saxlamalıdır ki, onun baş barmağı yuxarı tərəfdə - uşağın burnu olan yerdə, şəhadət və digər barmaqları isə aşağı tərəfdə - uşağın alt dodağına paralel olsunlar. Uşağın açılan ağzının hərəkətini məhdudlaşdırmamaq üçün ananın şəhadət barmağı döş giləsindən bir qədər uzaq - ən azı 5 sm məsafədə olmalıdır.

Döşün “qayçı” şəklində (şəhadət və orta barmaqlar arasında) tutulması üsulundan istifadə etməyin! Çünki bu halda ananın döş axarları güclü şəkildə sıxılır. Bu isə həm uşağın doymamasına, həm də ananın döşündə durğunluğun yaranmasına səbəb ola bilər.

2. Ana uşağı elə saxlamalıdır ki, başının əsasını və çiyinlərini ananın ovcuna dayanmış olsun. Ananın əli uşağın ənsə nahiyəsini sıxmamalıdır. Körpənin qarnı mütləq ananın qarnına söykənməlidir.

3. Ana uşağın qarnını sıx şəkildə özünə tərəf tutaraq (qarın-qarına) döş giləsini onun burnu istiqamətində tutur. Döş giləsi bilavasitə uşağın ağzı istiqamətində tutularsa, onun alt və üst çənəsi giləyə çox yaxın bir məsafədə qapandığı üçün anada ağrı hissiyyatı baş verə bilər.

4. Bundan sonra uşağın ağzını geniş açmasını gözləmək lazımdır (əsnəmədə olduğu kimi). Uşaq ağzını geniş şəkildə açır (onun dili aşağı damağa tərəf endirilmişdir), onun başı azca arxaya tərəf əyilir. Ana uşağı döşünə yaxınlaşdırır və uşaq ananın döş giləsini və areolanı özü ağzına alır. Diqqət yetirmək lazımdır ki, areolanın aşağı hissəsi yuxarı hissəsinə nisbətən, uşağın ağzında daha dərin yerləşsin.

Döşü uşağın ağzına "itələmək" lazım deyil. Sadəcə olaraq, döşü götürməyə hazır olan uşağı anaya daha sıx tutmaq, döşü uşağa düzgün vermək və onu götürməsinə kömək etmək lazımdır.

Normal halda əmizdirilmə zamanı, ananın döş giləsindən başqa, bütün giləətrafı dairəsi də (areola) uşağın ağzına yerləşdirilmiş olmalıdır. Əgər uşaq öz ağzı ilə yalnız ananın döş giləsini tutarsa, bu zaman o, çox az miqdarda süd əmə biləcək. Bu isə onun doya bilməməsinə, nəticə etibarı ilə çəkinin normal artmamasına, ananın döş giləsinin travmatik zədələnməsinə səbəb olacaq. Əmmə zamanı uşağın alt və üst dodaqları bir qədər çölə doğru çevrilmiş olur.

5. Uşağın əmizdirilməsi zamanı ana heç bir ağrı hiss etməməlidir. Əgər əmmə zamanı uşaq ananı incidirsə (yəni döşündə ağrı hiss olunursa) buna heç də dözmək lazım deyil. Bunun səbəbi körpə tərəfindən ananın döşünün düzgün götürülməməsi ola bilər. Ehtiyatla döş giləsini onun ağzından çıxarın. Bunun üçün ana çeçələ barmağını körpənin ağzının küncünə salır, əmmə zamanı yaranan vakuum pozulur və ana döş giləsini körpənin ağzından rahat çıxara bilir. Döş giləsini dartaraq zorla uşağın ağzından çıxarmaq olmaz – bununla döş giləsinə zədə yetirmək olar! Daha sonra döşü, düzgün şəkildə olmaqla, uşağa yenidən vermək lazımdır.

Uşağı yedizdirmək üçün onun acından ağlamasını gözləməyin. Çünki bu zaman “hirslənmiş” uşaq ananın döşünü düzgün “tutmaya” bilər. Belə ki, hər zaman uşağa diqqət yetirməklə onun nə vaxt ac olduğunu müəyyən etməyə çalışmaq lazımdır!

6. Uşaq ananın südünü düzgün əmdikdə, onun yanaqları xaricə tərəf şişmiş (doldurulmuş) şəkildə (daxilə tərəf çəkilmiş yox) olur. Uşağın çənəsi nisbətən dərin şəkildə olmaqla ananın döşünə dayaqlanmışdır. Uşağın burnu ya kənarda olur, ya da döşə yüngülcə toxunur. Bu halda uşaq nəfəsini çox sərbəst şəkildə alıb-verə bilir. Əgər uşaq burnu ilə ananın döşünə daha çox sıxılmış olarsa, bu, onun nəfəs alıb-verməsini çətinləşdirir. Bunun səbəbi isə, uşağın çənəsinin ananın döşünə kifayət qədər yaxın saxlanmaması, başının isə bir qədər önə tərəf əyilməsidir. Bu halda, uşağın burnunun yanında döşü sıxmaq lazım deyil ki, uşaq rahat nəfəs ala bilsin. Bunun nəticəsində, süd axarının sıxılması səbəbindən laktostaz kimi fəsadlaşma baş verə bilər. Bu zaman sadəcə olaraq, uşağı azca aşağıya tərəf çəkərək, anaya doğru daha sıx şəkildə saxlamaq məsləhət görülür. Nəticədə, uşağın boynu düzlənir, çənəsi döşə daha dərin şəkildə dirənir, burnu isə sərbəstləşir.

Əmizdirmənin ilk günlərində müəyyən problemlər yarana bilər. Bu təbiidir. Bir qədər hövsələli olun! Az bir müddət keçdikdən sonra ana öz övladı ilə “ümumi dil taparaq” əmizdirməni çox asanlıqla apara biləcəklər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri